Icma.az
close
up
RU
“Əliyev Putin görüşü diplomatik uğur kimi qəbul olundu” Qüdrət Həsənquliyev

“Əliyev Putin görüşü diplomatik uğur kimi qəbul olundu” Qüdrət Həsənquliyev

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev ötən gün Tacikistan Respublikasının paytaxtı Düşənbə Azərbaycan və Rusiya Prezidentlərinin görüşü barədə Elchi.az-ın suallarını cavablandırıb.

Moderator.az millət vəkilinin müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Azərbaycan və Rusiya prezidentlərinin görüşünü necə qiymətləndirirsiniz?

- Xalqımız necə qiymətləndirdisə, mən də elə. İnanırdım ki, Prezidentlər görüşüb yaranmış gərginliyi aradan qaldıra bilər. Azərbaycan həmişə Rusiya ilə qarşılıqlı hörmətə əsaslanan bərabərhüquqlu münasibətlərin inkişaf etdirilməsinin tərəfdarı olub. Yaranmış gərginlik Rusiyanın AZAL-ın sərnişin təyyarəsinin Rusiyanın hava məkanında vurulmasından sonra sərgilədiyi anlaşılmaz və qəbul edilməsi mümkün olmayan mövqeyinə görə idi. Azərbaycan Respublikası Prezidentinin baş verənlərə adekvat və prinsipial, amma təmkinli yanaşması münasibətlərin tamamilə geridönməz formada korlanmasının qarşısını aldı. Hansı ki, çoxları bunu arzu edirdi. Rusiya Azərbaycanın bu mövqeyini qiymətləndirməyi bacardı və atmalı olduğu addımı atdı. Azərbaycanın və Rusiyanın strateji maraqları dost və müttəfiq olmağı tələb edir. İlham Əliyev azərbaycanlıların və dövlətin maraqlarını uzlaşdırmağı bacardı. Dünənki görüş məhz bu səbəbdən, xalqımız tərəfindən böyük diplomatik uğur kimi qəbul olundu.

- Prezidentlər arasında daha hansı məsələlər müzakirə mövzusu ola bilər?

- Düşünürəm ki, Rusiyada yaşayan azərbaycanlıların hüquqlarının qorunması, onların təqibinə son qoyulması ilk müzakirə olunan məsələlərdən biri ola bilərdi.

Eyni zamanda azərbaycanlıların qanunsuz neft satışına cəlb olunması, Rusiyadan İrana Azərbaycan üzərindən qaz kəmərinin çəkilməsinə Azərbaycanın razılığı qarşısında Türkmənistandan Azərbaycana Transxəzər qaz kəmərinin çəkilməsinə də Rusiyanın problem yaratmaması, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi də yəqin ki, müzakirə olunan məsələlərdən olub. O cümlədən təhlükəsizlik və bütün istiqamətlər üzrə əlaqələrin inkişaf etdirilməsi məsələlərinin də müzakirə olunması heç kimdə şübhə doğurmur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:239
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Oktyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri