Əliyev və Pezeşkian nə danışıb? Yenilənib
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə görüşü olub.
Yeniavaz.com xəbər verir ki, söhbət zamanı Azərbaycan və İran prezidentlərinin görüşləri və telefon danışıqları məmnunluqla xatırlanıb, bu yaxınlarda Azərbaycan nümayəndə heyətinin İran İslam Respublikasına səfəri və aparılmış müzakirələr qeyd olunub.
Prezident Məsud Pezeşkian ölkələrimiz arasında tarixi dostluq və qohumluq əlaqələrinin olduğunu deyərək, İranda baş verən hadisələr zamanı dost və mehriban qonşu kimi Azərbaycanın mövqeyinin yüksək qiymətləndirildiyini bir daha bildirib.
Prezident İlham Əliyev İranın qeyri-üzv dövlət kimi “MDB plyus” formatında ilk dəfə iştirakına toxundu.
Görüşdə Ağbənd–Kəlalə layihəsinin icrası ilə əlaqədar işlərin yekunlaşma mərhələsində olduğu məmnunluqla qeyd edilib.
Söhbət əsnasında vurğulanıb ki, Qırğızıstanın paytaxtı Bişkekdə dövlət başçılarının sonuncu görüşü zamanı ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı müzakirə olunan məsələlərin həyata keçirilməsi istiqamətində iki ölkənin aidiyyəti qurumları fəaliyyətini davam etdirir.
***14:28
Türkmənistanın Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə görüşü keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.



Bu mövzuda digər xəbərlər:Pezeşkian amerikalılara nə dedi? − Yenilənib
02 Aprel 2026 00:12
Əliyev, Pezeşkian, Ərdoğan... FOTO
04 İyul 2025 15:18
Pezeşkian Azərbaycana gəldi FOTO YENİLƏNİB
04 İyul 2025 10:32
Pezeşkian Bakıya çatdı YENİLƏNİB (VİDEO)
28 Aprel 2025 12:19
Əliyev və Pezeşkian: bədən dili TƏHLİL
28 Aprel 2025 15:26
Baxış sayı:80
Bu xəbər 09 Oktyabr 2026 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















