Icma.az
close
up
RU
Əliyevin Çində mühüm görüşləri başladı FOTOLAR

Əliyevin Çində mühüm görüşləri başladı FOTOLAR

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 31-də Çinin Tiencin şəhərində “Sichian Sunsync Photovoltaic Technology Co” şirkətinin təsisçisi və sədri Sie İ ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, görüşdə Azərbaycanla şirkət arasında gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Ələt Azad İqtisadi zonasında yaxın gələcəkdə günəş panellərinin istehsalı ilə bağlı ən müasir texnoloji standartlara cavab verəcək müəssisənin yaradılması ilə əlaqədar məsələlər müzakirə olunub. Vurğulanıb ki, burada istehsal ediləcək məhsulların böyük hissəsinin dünya bazarlarına ixracı nəzərdə tutulur.

Sie İ ölkəmizdə əlverişli investisiya mühitininin yaradıldığını və AzərbaycanÇin arasında mövcud olan strateji əlaqələri nəzərə alaraq məhz Azərbaycana investisiya qoymaq barədə qərara gəldiklərini deyib.

***

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 31-də Çinin Tiencin şəhərində “China Energy Engineering Corporation Limited” (“Energy China”) şirkətinin prezidenti və sədri vəzifəsini icra edən Ni Cen ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, görüşdə ölkəmizlə, həmçinin SOCAR ilə bu şirkət arasında alternativ və bərpa olunan enerji layihələrini əhatə edən səmərəli əməkdaşlıqdan məmnunluq bildirildi.

Bu xüsusda “Energy China”nın yaşıl enerji sahəsində, o cümlədən Azərbaycanda günəş elektrik stansiyalarının, dənizdə külək enerjisi stansiyalarının tikintisi sahəsində əməkdaşlığı vurğulandı.

Ni Cen ölkəmizdə yeni layihələr, o cümlədən tullantı suların təmizlənməsi, emalı və təkrar istifadəsi, su ehtiyatlarının idarə edilməsi ilə bağlı əməliyyatların optimallaşdırılması, həmçinin su hövzələrində fotovoltaik elektrik panellərin birgə inşası layihələrini həyata keçirməkdə maraqlı olduqlarını bildirdi.

***

Həmçinin oxuyun:

Əliyev Cinpinlə görüşdü: liderlər nədən danışdılar? – FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 31-də Çinin Tiencin şəhərində “CETC” (China Electronics Technology Group Corporation) korporasiyasının baş direktoru Cu Pen ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, görüşdə rəqəmsal texnologiyalar vasitəsilə milli idarəetmə sistemi və idarəetmə qabiliyyətlərinin müasirləşdirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı, milli şəbəkə təhlükəsizliyinin təmin olunması, kibertəhlükəsizlik və data tətbiqləri sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

***

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 31-də Çinin Tiencin şəhərində “CCCC” (“China Communications Construction Company”) şirkətinin sədri Son Haylian ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, görüşdə Azərbaycanla şirkət arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı, ölkəmizdə əlverişli investisiya mühitinin yaradıldığı bildirildi.

Həmçinin Transxəzər nəqliyyat dəhlizinin inkişafı və Bakı Beynəlxalq Dəniz Limanının ikinci mərhələsində bu şirkətin iştirakına dair fikir mübadiləsi aparıldı.

Söhbət zamanı şirkətin fəaliyyət sahələrinə daxil olan istiqamətlər – nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, o cümlədən metro stansiyalarının tikintisi, avadanlıq istehsalı və şəhər nəqliyyatının kompleks inkişafı ilə bağlı məsələlər müzakirə olundu.

Son Haylian Abşeron yarımadasında göllərin təmizlənməsi və bərpası ilə əlaqədar konseptual təkliflər təqdim edəcəklərini bildirdi.

Görüşdə dünyanın mühüm nəqliyyat qovşağına çevrilmiş Azərbaycanın nəqliyyat və tranzit potensialının daha da artırılması üçün həyata keçirilən genişmiqyaslı layihələr barədə fikir mübadiləsi aparıldı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 Avqust 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see332

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see279

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see270

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see263

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see224

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see222

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see218

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see215

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see201

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see201

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see191

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see188

Ermənistandakı Alban kilsləri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib RƏY

20 Sentyabr 2026 16:44see186

Qarabağda 3 867 sakin məşğulluğa cəlb edildi

20 Sentyabr 2026 13:28see186

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see184

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see184

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see181

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see173

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see172

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri