Icma.az
close
up
RU
Əliyevin qlobal həmləsi İki nəhəng bölgədə tarix yazılır KONKRET

Əliyevin qlobal həmləsi İki nəhəng bölgədə tarix yazılır KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şara iyulun 12-də Azərbaycana işgüzar səfərə gəlib. O, ölkə başçısı İlham Əliyevlə öncə geniş tərkibdə, daha sonra ikili görüş keçirib. Bu fonda ölkəmizin Yaxın Şərq regionundakı aktivliyi diqqət çəkib. Bildirilir ki, son zamanlar Azərbaycan-Suriya münasibətləri güclənir, ölkələr arasında siyasi və diplomatik əlaqələr möhkəmlənir. Bu da regionda rəsmi Bakının rolunu artırır.

KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, Azərbaycan son dövrlər həyata keçirdiyi strateji siyasi və diplomatik addımlarla 44 günlük müharibədən sonra yaranan yeni reallıqlarda əhəmiyyətli bir keyfiyyət mərhələsi əldə edib:

“Bu, beynəlxalq münasibətlər sistemində ölkəmizin yerini və rolunu artırıb. Bu gün biz Yaxın Şərq və Şimali Afrika kimi dünyanın ən strateji bölgələrində rəsmi Bakının yeni addımlarına şahidlik edirik. Tarixən qurduğumuz böyük dövlətlər və imperiyalar zamanı formalaşan mədəni arealımızın yaratdığı dəyərlər bu gün də həmin strateji coğrafiyada mövcuddur. Beləliklə, Azərbaycan yalnız yeni həmlələr etmir, həm də tarixi və mədəni coğrafiyasına qayıdır. Bu, ölkəmizin böyüməsi və beynəlxalq arenada daha da möhkəmlənməsi deməkdir”.

Deputat qeyd edib ki, bu gün dünyada çox mürəkkəb hadisələr baş verir və yalnız bir istiqamətdə əməkdaşlığın dərinləşməsi dövlətlərin maraq balansını poza bilər:

“Buna görə də dövlət başçısı çoxvektorlu iqtisadi, hərbi və siyasi əlaqələr qurmağa davam edir. Bu yanaşma yeni dünya nizamının tələblərinə uyğunlaşmaq və Azərbaycanın burada güclü və fərqli bir mövqe əldə etməsini təmin etmək məqsədini daşıyır. Ona görə də Suriya, İraq və Yaxın Şərqin digər aktorları ilə münasibətlər böyük əhəmiyyət kəsb edir. Nəticə etibarilə, bu coğrafiyada yeni status və dəyərlər əsasında milli intibah yaranır”.

Millət vəkili bildirib ki, müharibədən və uzun bir fasilədən sonra Suriyanın böyük inkişaf perspektivləri var:

“Şimali və Orta Afrikada dəyişən statuslar, Klassik Qərb imperializminin Afrikadan geri çəkilməsi, ənənəvi tarixi aktorların bu regiona qayıtması üçün münbit şərait yaradır. Bu baxımdan, başda Misir və Ərəbistan yarımadası olmaqla, Afrikanın mərkəzinə doğru maraqlar balansı qurmaq İlham Əliyevin siyasi, diplomatik həmlələrinin bir hissəsidir. Son dövrlərdə ölkə rəhbərinin həyata keçirdiyi strateji konsepsiya beş il əvvəl qazandığımız statusu daha yüksək keyfiyyət mərhələsinə daşıyır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 İyul 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see627

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see318

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see307

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see300

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see297

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see295

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see282

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see268

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see263

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see254

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see248

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see239

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see234

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see234

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see234

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see230

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see228

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see226

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri