Icma.az
close
up
RU
Əliyevin Vaşinqton səfəri Revanşist qüvvələrə ciddi xəbərdarlıq mesajı

Əliyevin Vaşinqton səfəri Revanşist qüvvələrə ciddi xəbərdarlıq mesajı

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində Donald Trampla nəzərdə tutulan yüksək səviyyəli görüş yalnız ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyması deyil, ümumiyyətlə, Cənubi Qafqazda formalaşmaqda olan yeni geosiyasi vəziyyətə təsir

edə biləcək mühüm hadisə kimi qiymətləndirilməlidir.

Bakupost.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova Prezident İlham Əliyevin ABŞ səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu səfər Azərbaycanın çoxqütblü və balanslaşdırılmış xarici siyasətinin daha bir bariz nümunəsidir:

“Azərbaycan və ABŞ arasında diplomatik əlaqələr zaman-zaman müxtəlif səviyyələrdə inkişaf etsə də, tərəflər enerji təhlükəsizliyi, beynəlxalq terrorizmlə mübarizə və regional sabitlik kimi önəmli sahələrdə əməkdaşlığı gücləndirərək strateji tərəfdaşlığa doğru irəliləyişlər əldə ediblər. Prezident İlham Əliyevin bu səfəri İkinci Qarabağ müharibəsindən sonra baş verir ki, bu da Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa edərək regionda yeni reallıqları formalaşdıran güclü aktor kimi dialoqa qatılması deməkdir. Bu baxımdan Vaşinqton üçün Azərbaycanla əməkdaşlığın yalnız enerji və iqtisadi sahələrdə deyil, həm də regional təhlükəsizlik və sabitlik məsələlərində bərabərhüquqlu və fəal xarakter alması strateji əhəmiyyət daşıyır”.

Millət vəkili onu da qeyd edib ki, Prezidentin ABŞ-a səfəri həmçinin Cənubi Qafqazda davamlı sülhün təmin olunması məsələsində Azərbaycanın əsas mövqeyini möhkəmləndirəcək:

“2020-ci ildən sonra yaranmış yeni vəziyyət Ermənistanla sülh prosesinin Azərbaycanın qoyduğu şərtlər əsasında davam etdirilməsini qaçılmaz edir. Vaşinqtonun bu prosesdə vasitəçilik rolu uzun müddətdir mövcud olsa da, bu dəfə danışıqlar masasında tam ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş güclü Azərbaycan tərəfi oturur. ABŞ və Azərbaycan münasibətlərinin kontekstində bu sülh təşəbbüslərinə veriləcək siyasi dəstək, eyni zamanda, Ermənistan daxilində revanşist qüvvələrə ciddi xəbərdarlıq mesajı olacaq.

Eyni zamanda, bu səfər Azərbaycanın balanslaşdırılmış xarici siyasətinin ABŞ ilə əlaqələr istiqamətində möhkəmlənməsi baxımından əhəmiyyətlidir. Azərbaycanın qlobal güclər arasında milli maraqlara söykənən balanslı siyasəti ölkəmizə beynəlxalq arenada özünəməxsus mövqe qazandırıb və sübut edir ki, Azərbaycan heç bir güc mərkəzinin təsir dairəsində qalmadan, müstəqil və strateji qərarlar qəbul edən suveren dövlətdir”.

Daha sonra 907-ci düzəlişə də toxunan E.Akimova deyib ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası dövründə bu düzəlişə dair daimi sanksiyalar tətbiq olunub:

“Bu düzəlişə əsasən, ABŞ dövlət büdcəsindən Azərbaycana birbaşa yardımın verilməsi Ermənistanın Dağlıq Qarabağ bölgəsindəki hərbi fəaliyyətlərinə görə məhdudlaşdırılırdı. Prezident Trampın dövründə bu məsələyə yanaşma sərtləşdirilərək Azərbaycanın təhlükəsizliyinə və regional stabilliyə dəstək mövqeyi daha da möhkəmləndirildi. Bu isə iki ölkə arasındakı strateji əməkdaşlığın dərinləşməsində önəmli faktorlardan biri oldu.

Prezident İlham Əliyevin Donald Trampın dəvəti ilə Vaşinqtona etdiyi işgüzar səfər Azərbaycan və ABŞ arasındakı münasibətlərdə mövcud olan müsbət dinamikanın davamlı olduğunu bir daha göstərir. Bu səfər iki ölkə arasında strateji tərəfdaşlığın güclənməsi və yeni əməkdaşlıq formatlarının qurulması üçün mühüm zəmin yaradacaq”.

Ayxan,
BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 08 Avqust 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri