Icma.az
close
up
RU
Əlizadə Nurinin Ulduz ətri adlı yeni kitabı çapdan çıxıb

Əlizadə Nurinin Ulduz ətri adlı yeni kitabı çapdan çıxıb

Icma.az, 525.az saytına istinadən bildirir.

Bu yaxınlarda şair Əlizadə Nurinin "Ulduz ətri" adlı yeni kitabı çapdan çıxıb. "Adiloğlu" nəşriyyatında işıq üzü görən kitabda şairin son dövr yaradıcılığını əhatə edən şeirləri yer alıb.

Qeyd edək ki, bundan öncə Əlizadə Nurinin "Su notu", "Pəncərəmdə ağlayan yağış", "Tanrı, gəl tanış olaq", "Durna lələyidi bu yağan yağış", "Tənha şamın kölgəsi", "Bir eşqin xatirə muzeyi", "Ulduzların göz yaşı" və "Şeirlə dolu şəhər" adlı şeirlər kitabı çap olunub.

Kitab tanınmış şair və yazıçıların Əlizadə Nurinin yaradıcılığıa haqqında fikirləri ilə açılır. Mərhum Xalq şairi Zəlimxan Yaqubun kitabda yer alan fikirlərində bildirilir: "Hər şairə ürək qızdırıb "mənim şairim" demək olmur. Ancaq mən Əlizadə Nuriyə el-obası, ucqar əyaləti, taleyi, tərcümey-halı, şəxsiyyəti və yaradıcılığı ilə "mənim şairim" deyirəm".

Azərbaycan Yazıçılar Birliyin sədri, Xalq yazıçısı Anar qeyd edir ki, Əlizadə Nuri özünün səmimi obrazlarla zəngin şeirləri ilə müasir şairlər sırasında layiqli yer tutur.

Yarpaq kimi sığalladım xəzəli,

Öz evimdi, öz yaxamdı, öz əlim.

Yaxşı baxsan, qəmin də ən gözəli

Sevgilitək görünəcək dünyada.

...Səni deyib yuxarını gəzirdim,

Ulduzların axarını gəzirdim...

Mən bəxtimin baharını gəzirdim -

Əzilibmiş çiçək-çiçək dünyada.

Əlizadə Nuri özü isə deyir ki, şair ədəbiyyata və əbədiyyətə iddialı olmalı, dünyanı qələminin ucunda hiss etməyi bacarmalıdır: "Şairlikdə birinci şərt istedad olmalı, amma zəhmət də gərəkdir. Necə deyərlər, zəhmət istedadın lampasına neft tökür. Zəhmət deyəndə ilk növbədə mütaliə yada düşür. İstedadı və mütaliəsi olmayanlar üçün şairlik seçim də ola bilir. Bir misra gözəl şeir oxuyub bütün günü həzz içində keçirmək olar. Şeir canişünun tapıntıdır. Aqutakava "heç bir insanın ömrü Bodlerin bir misrasına dəyməz" deyəndə nə qədər haqlı imiş. Sanki Tanrı şairlərə qismət yazanda xəsislik edir. Arzuların boynubükük qalır. Arzularla imkanlar üst-üstə düşmür. Mən heç maddi mahiyyəti qabartmıram ki. Qlobal, mənəvi, psixoloji faktorlar da insan həyatında bir boşluq yaradır. Mən bütövlüyün tərəfindəyəm: bütöv şəxsiyyətin, bütöv mahiyyətin. Amma metamarfozalar, deqradasiyalar baş alıb gedir. Dik dura bilmir adamlar. Bilmirəm, bəlkə də adamlar ona görə yıxılırlar ki, ayaqlarını etibar etmirlər. Ancaq göy üzü çox hündürdür axı. Başı dik saxlayıb yerimək olar. Ömür qısaldıqca adamlar, elə şairlər də sanki bu çatışmazlıqların yerini doldurmaq üçün çox danışan, mahiyyətcə xırdaçı olublar. Söz bir az urvatdan düşüb sanki. Bu arada polyak şairi Letsin bir fikri yadıma düşür. O deyirdi: "Yığcam danış, yoxsa bir də görərsən ki, sözün ağzındaykən zaman dəyişdi". Bax, bu sadaladıqlarım insan ömründə nələrinsə, həm də elə kimlərinsə çatışmamasına gətirib çıxarır. Baxıb görürsən ki, şair demişkən, nəsə çatmır bu Yer üzündə".

Kitabda şairin fərqli mövzuları əhatə edən "Ömür-yanmış zəmi kimi", "Darıxmağın rəsmi", "Sular zərrin deyilsə", "Mən bu qəmin mizanıyam", "Sənə yağış dərirəm", "Hər gün bir həqiqət ölür dünyada", "Dünya özü boyda şirin almadı", "Çətin səndən sonra bu şəhər qala", "Darıxan gecə üçün nəğmə", "Sənə ulduzlardan bir ev qurardım", "Bu dərdin başına tac qoymuşam mən", "Yol", "Mən də sükunətdəyəm", "Bu dünyanı belə görüb gedirəm", "Mənim pəncərəmdə ağlayan yağış", "Kölgədə işıq" kimi maraqlı və oxunaqlı şeirləri yer alıb.

Sən demə, ölüm də əkinçi imiş -

Torpaq ömürləri xışlayıb keçir.

Dünyada nə qədər köçəri qəm var,

Mənim ürəyimdə qışlayıb keçir.

Şeytana daş atan özü də cinmiş,

Sonuncu ümid də dünən keçinmiş.

Göy üzü üstümdən gəlib keçibmiş,

Heyf ki, yanımda düşməyib keçib...

Qeyd edək ki, kitaba şairin rus ədəbiyyatından tərcümələrindən nümunələr də daxil edilib.

SEVİNC

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Oktyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri