Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

“Babək rayonunun tarixi” kitabı çapdan çıxıb

“Babək rayonunun tarixi” kitabı çapdan çıxıb

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun tarixi ilə bağlı yeni kitab işıq üzü görüb. “Babək rayonunun tarixi” kitabı AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli və tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyevin müəllifliyi ilə nəşr edilib.

Bu haqda AMEA Naxçıvan Bölməsindən “Xalq qəzeti”nə məlumat verilib. 

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çap olunmuş kitabın elmi redaktoru akademik İsmayıl Hacıyev, elmi rəyçiləri isə AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev və tarix elmləri doktoru, dosent Toğrul Xəlilovdur.

Əsərdə Babək rayonunun təşəkkülü, inkişafı, coğrafi mövqeyi, sosial-iqtisadi vəziyyəti, mədəni yüksəliş istiqamətləri, tarix-mədəniyyət və arxeoloji abidələri ilə bağlı aparılan tədqiqatlar sistemləşdirilmiş, toplanmış yeni arxiv materialları, statistik məlumatlar, arxeoloji qazıntıların nəticələri və elmi mənbələr əsasında rayonun tarixi akademik yanaşma əsasında ümumiləşdirilmişdir.

Kitab “Ön söz”, üç fəsil, “Nəticə”, “Ədəbiyyat”, “Şəkillər” və “Əlavələr” adlı bölmələrdən ibarətdir. 

Birinci fəsildə Babək rayonunun təbii-iqlim şəraiti, adının etimologiyası və inkişafı, rayonun tarixi oçerki oxuculara təqdim olunur. Burada Babək rayonunun yaranması, tarixi və müasir inkişaf mərhələləri ətraflı şəkildə təhlil edilir.

İkinci fəsil rayonun sosial-iqtisadi inkişafına həsr olunub. Burada sənaye, kənd təsərrüfatı, aparılan tikinti-quruculuq işləri, əhalinin sosial rifahı və səhiyyə sahəsində görülən işlər geniş şəkildə işıqlandırılıb.

Kitabın “Təhsil və mədəniyyət” adlanan üçüncü fəslində isə Babək rayonunda təhsilin inkişafı, mədəni-maarif müəssisələrinin fəaliyyəti, ədəbi mühit, eləcə də rayonun tarix-mədəniyyət abidələri və turizm potensialı barədə məlumat verilir.

Əsər "Nəticə", "Ədəbiyyat", "Şəkillər" və "Əlavələr" bölmələri ilə tamamlanır. "Nəticə" hissəsində aparılan araşdırmaların əsas məqamları ümumiləşdirilir.

Kitabın ərsəyə gəlməsində 140 mənbədən istifadə olunub.

“Şəkillər” və “Əlavələr” bölmələri isə Babək rayonunun tarixi və müasir inkişafını, statistik məlumatları oxuculara çatdırmaq məqsədi daşıyır. Yeni nəşr rayonun tarixi və mədəniyyəti ilə maraqlananlar, eləcə də Naxçıvanın regional inkişafını öyrənmək istəyən tədqiqatçılar üçün dəyərli bir mənbədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Aprel 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see558

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see298

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see291

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see217

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see217

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see216

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see216

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see208

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see204

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see203

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see203

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see203

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see201

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see199

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see199

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see197

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see196

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see195

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see195

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri