Icma.az
close
up
RU
Piramidaların altında nə gizlənir? Bildiklərinizi unudun, bu, aysberqin görünən hissəsidir

Piramidaların altında nə gizlənir? Bildiklərinizi unudun, bu, aysberqin görünən hissəsidir

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Dünyanın ən sirli tikililərindən olan Giza Piramidaları yenidən müzakirələrin mərkəzinə gəlib. Yeni tapıntılar məşhur alim Filippo Biondiyə piramidaların yalnız məzar olmadığını və antik tarixin yenidən yazıla biləcəyini göstərib. Bəs, bu qədim tikililərin dərinliklərində həqiqətən nə gizlənir?

Qaynarinfo xəbər verir ki, amerikalı məşhur yayımcı Co Roqan son podkast bölümündə İtalyan alim Filippo Biondi və onun qrupunun Giza Platosunda apardığı mübahisəli radar skanlarına toxunub.

Antik tarix yenidən yazılır?

Skanların nəticələri antik tarixi yenidən yazmaq potensialı daşıyan iddiaları ortaya qoyur və piramidalarln yalnız məzar olmadığını, daha geniş bir strukturun yalnız görünən hissəsi ola biləcəyini göstərir. Podkastda Roqan qeyd edib:

"Bunlar məzar deyil. Əgər məlumatlar doğrudursa, piramidalar yalnız aysberqin görünən hissəsi ola bilər".


Radar skanlarının detalları və istifadə olunan texnologiya

İddiaların mərkəzində Biondi və qrupunun həyata keçirdiyi Xafre Projesi dayanır. Layihə çərçivəsində sintetik açıq radar (SAR) texnologiyası istifadə olunaraq Giza Plato­sunun altındakı strukturlar taranıb. Bu texnologiya, peyklərdən göndərilən radio dalğalarının yer səthindən əks olunmasını analiz edərək yeraltı strukturları üçölçülü modelə salmağa imkan verir.

Biondi bildirib ki, skanlar İtaliyanın "Cosmo-SkyMed” və ABŞ-ın "Capella Space” peykləri də daxil olmaqla bir neçə peyk vasitəsilə həyata keçirilib. 200-dən çox skan nəticəsində, təxminən 2 metr diametrində, spiral formada aşağı doğru uzanan sütunlar və bu sütunların sonunda 80 metr uzunluğunda və genişliyində böyük otaqlar aşkarlanıb.

Biondi otaqları belə təsvir edir:

"Üç piramidanın və Sfinks heykəl­inin altında yerləşən, böyük həcmli otaqlarda sonlanırlar"

Skanlıar həmçinin, təxminən 609 metr dərinliyə enən və 3 metr hündürlüyündəki üfiqi koridorlarla kəsişən tunelləri də ortaya çıxarıb. Biondi hesab edir ki, piramidalar ənənəvi məzar anlayışının xaricində bir funksiyaya sahib ola bilər:

"Bunlar məzar deyil. Bəlkə də qədim enerji mənbələri və ya bədən xarici eksperimentlər üçün vibrasiya cihazları ola bilər".


Yerin altındakı strukturlar "Zep Tepi" ilə əlaqələndirilir

Biondi qeyd edib ki, yeraltı strukturlar 18 000–20 000 il əvvələ aiddir və bunlar antik Misir mifologiyasında "Tanrıların ilk dəfə hökm sürdüyü və sivilizasiyanın başladığı” dövr olan "Zep Tepi" (İlk Zaman) ilə əlaqəli ola bilər.

Həmçinin, Giza Plato­sunda aşkarlanan duz qalıqları qədim dəniz sularının basqınlarına işarə edir və bu, piramidaların altında olan sivilizasiyanın daha qədim bir mədəniyyətə aid ola biləcəyini gücləndirir. Biondi bildirib:

"Gizanın altında çox daha qədim bir sivilizasiyanın mövcud olmasına dair əhəmiyyətli sübutlar var".


Radar skanları İtalyan ordusu üçün gizli layihələrdə test olunub

Biondi texnologiyanın inkişaf prosesi barədə də danışıb. Qrup radar skanlarını İtalyan ordusu üçün gizli layihələrdə və Musul bəndi ilə Qrand Sasso parçacıq toqquşması kimi yerlərdə test edib. Texnologiyanın patentli, yoxlanılmış və yüksək həssasiyyətli olduğunu vurğulayıb.

Tənqidlər və mübahisələr

Lakin Gizaa tətbiq olunduqda nəticələr müzakirələrə səbəb olub. Misir arxeologiyasının aparıcı simalarından Dr. Zahi Havass skanları "Bu absurd bir şeydir” deyə qiymətləndirib və texnologiyanın dərinlik iddialarını rədd edib:

"300 metrdən dərinliyə, bir şəhərə qədər çatdığını iddia edirlər. Amma tomoqrafik radardan anlayan hər bir alim bilir ki, yalnız təxminən 19 metr dərinliyə çatır. Nəzəriyyələri tamamilə səhvdir”.

Biondi isə cavabında bildirib: "Heç bir şeyin içinə nüfuz etmirik, yalnız yerin səthindəki entropiyanı müşahidə edirik". 

O əlavə edib ki, məlumat dəstləri fərqli peyk sistemləri ilə də təsdiqlənib:

"Amerikan peyklərindən istifadə etdikdə eyni nəticələr çıxır və digər peyklərlə də həmişə eyni nəticələr alınır, buna görə açıqlamağa qərar verdik".

Üfiqi koridorlar da aşkar edilib

Skanlar piramidaların altındakı üfiqi strukturların yanında, plato altındakı quyuları və otaqları birləşdirən təxminən 2,5 metr hündürlüyündə üfiqi koridorları da ortaya çıxarıb. Biondi vurğulayıb ki, piramidalar arasında mövcud olan, molozlarla dolu tunellər yeraltı sistemə giriş təmin edə bilər:

"Bu quyular aşağıya, daha da aşağıya doğru enir və daha aşağıda olan otaqlara çatır".

O həmçinin fiziki qazı olmadan robotik dronlardan istifadə ilə yeraltı sistemin yoxlanmasını Misir hakimiyyətinə tövsiyə edib:

"İnsanlar yerinə maşınlardan istifadə etmək istəyirik. Bu layihənin xərci təxminən 20 milyon dollar hesablanıb".


Yadplanetli nəzəriyyələri yenidən gündəmə gəldi

Radar skanları nəticəsində ortaya çıxan tapıntılar, qədim yadplanetli nəzəriyyələrini yenidən gündəmə gətirib. Bu fikrin qabaqcıl nümayəndələrindən İsveçrə yazıçısı Erik fon Daniken, 1968-ci ildə çap edilmiş "Tanrıların Arabaları” kitabında, yadplanetli varlıqların qədim sivilizasiyaları ziyarət edərək piramidaların inşasında birbaşa rol oynadığını iddia etmişdi.

Fon Daniken hesab edir ki, piramidaların inşası üçün lazım olan yüksək mühəndislik və astronomik hesablamalar yalnız insan bacarığı ilə açıqlana bilməzdi. O, Böyük Piramidanıbelə təsvir edib:

"Təxminən 150 metr hündürlüyündə və 31 200 000 ton ağırlığında süni dağ, inanılmaz bir nailiyyət olaraq oradadır və bu abidənin, israfçı bir kralın məzarı olmaqdan başqa bir şey olmadığı söylənilir. Bu açıqlamaya inanan hər kəs buyursun..."

Fon Daniken piramidalarda daş blokların daşınması, strukturların daxildən işıqlandırılması və işçilərin riyazi, coğrafi və kosmik biliklərlə görünməsi kimi nümunələr göstərərək, piramidaların insan əli ilə inşa edilmədiyini iddia edib.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 31 Yanvar 2026 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see272

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see260

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see255

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see241

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see232

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see220

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see216

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see192

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see188

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see181

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see180

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see166

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see161

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see156

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see146

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see144

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see138

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see136

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri