Icma.az
close
up
RU
Elm milli inkişafın strateji dayağı kimi

Elm milli inkişafın strateji dayağı kimi

Icma.az, 525.az saytına istinadən bildirir.

Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilmiş təntənəli mərasimdə Prezident cənab İlham Əliyevin çıxışı ölkəmizin elmi inkişaf strategiyasına yeni istiqamətlər verən proqram xarakterli sənəd kimi dəyərləndirilə bilər. Dövlət başçısının bu nitqi təkcə elm adamlarına deyil, bütövlükdə cəmiyyətə ünvanlanmış çağırış idi.

Dövlətimizin başçısının çıxışında Azərbaycan elminin keçdiyi 80 illik yolun elmi, institusional və ideoloji təhlili, eləcə də gələcək üçün müəyyən edilən hədəflər ardıcıl şəkildə əksini tapdı. Prezident İlham Əliyev qeyd etdi ki, AMEA-nın yaranması Azərbaycanın intellektual tarixində dönüş nöqtəsi olmuş, ölkənin elmi potensialının formalaşmasında həlledici rol oynayib. O, çıxışında AMEA-nın 80 illik fəaliyyətinə yüksək dəyərlə yanaşaraq bildirdi ki, Akademiya həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycanın elmi-intellektual inkişafında mühüm missiya yerinə yetirib: “Azərbaycan elminin baniləri milli özünüdərk, tarixə bağlılıq və milli kimlik ideyalarının elmi əsaslarını formalaşdırmışlar”.

Azərbaycanın dilinin, tarixinin və mədəniyyətinin tədqiqi məsələsinə toxunan dövlət başçısı qeyd vurğuladı ki, 1970-ci illərdən etibarən Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dili və tarixi dövlət səviyyəsində qorunub, elmi tədqiqatların mərkəzinə çevrilib: “Azərbaycan dili dövlətimizin sütunudur və bu sütunun elmi əsaslarla möhkəmləndirilməsi hər bir azərbaycanlı alimin borcudur”.

AMEA təkcə elmi mərkəz deyil, milli kimliyin qorunması və intellektual müstəqilliyin təminatçısı kimi qiymətləndirildi. Bu yanaşma Azərbaycanın elmi-humanitar sahəsində milli ruhun daimi yaşadılmasına xidmət edir. Prezident cənab İlham Əliyev çıxışında vurğuladı ki, elm idarəetməsində yeni mərhələ başlayıb. Dövlət başçısının sözlərinə görə, “Azərbaycan elmi 21-ci əsrin tələblərinə cavab verən şəkildə yenidən təşkil olunmalıdır”. Son illərdə qəbul edilən qərarlar - Elm və Ali Təhsil Nazirliyinin yaradılması, elmi-tədqiqat institutlarının struktur islahatları və maliyyə mexanizmlərinin şəffaflaşdırılması - elmi idarəçiliyin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edir. Prezident bu kontekstdə elmi tədqiqatların iqtisadi və texnoloji inkişafla birbaşa inteqrasiyasını zəruri saydı, innovasiya yönümlü tədqiqatların təşviqini əsas prioritet kimi müəyyənləşdirdi.

Ənənəvi elmi strukturların çevik, tətbiqi yönümlü modellərlə əvəzlənməsi zərurəti dövlət başçısının nitqində əsas tezislərdən biri kimi səsləndi: “Elm təkcə nəzəri düşüncə sahəsi deyil, həm də ölkənin iqtisadi potensialını artıran mühüm amildir”.

Prezident AMEA-nın qarşısında duran ən mühüm vəzifələrdən birinin texnoloji innovasiyaların genişləndirilməsi olduğunu bildirdi. Onun fikrincə, Azərbaycan elmi “rəqəmsal iqtisadiyyatın və süni intellekt texnologiyalarının inkişafında aparıcı mövqeyə çıxmalıdır”.

Bu baxış, əslində, dövlətin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi ilə birbaşa uyğunluq təşkil edir. Elm və texnologiyanın vəhdəti, iqtisadiyyatın elmtutumlu sahələrə əsaslanması ölkənin gələcək inkişaf modelinin təməl prinsipidir. Cənab Prezident bildirdi ki, “Azərbaycan alimləri ölkənin intellektual kapitalının formalaşmasında aparıcı rol oynamalı, texnoloji müstəqilliyin təmininə öz töhfəsini verməlidir”. Bu baxımdan, elmi potensialın iqtisadi inkişafa yönəldilməsi, startap və innovasiya ekosistemlərinin dəstəklənməsi dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilib.

Prezident İlham Əliyev nitqində elmin dövlət idarəçiliyi ilə qarşılıqlı təsirinə də xüsusi diqqət ayırdı. Dövlət başçısının fikrincə, “Azərbaycanın gələcəyi elmi əsaslara söykənən qərarların qəbulundan asılıdır”. Bu yanaşma göstərir ki, ölkə rəhbərliyi elmi yalnız akademik fəaliyyət kimi deyil, strateji planlaşdırma və idarəetmə mədəniyyətinin tərkib hissəsi kimi dəyərləndirir. Prezident qeyd etdi ki, elm dövlətin ideoloji dayaqlarından biridir. Azərbaycanın azad, suveren və müasir dövlət kimi mövcudluğu, həmçinin Zəngəzur və Qarabağ reallıqlarının dünyaya elmi əsaslarla çatdırılması elmin üzərinə düşən milli vəzifələrdəndir. Prezidentin çıxışı Azərbaycan elminin inkişaf strategiyasına yön verən konseptual sənəd kimi qiymətləndirilməlidir.

Dövlət başçısının elmi ictimaiyyətə çağırışı aydın və konkret idi: “Elm Azərbaycanın inkişafının təməl dayağıdır”. Bu prinsip XXI əsrin qlobal çağırışları fonunda Azərbaycanın intellektual və texnoloji yüksəlişinin əsas ideoloji istiqamətini müəyyən edir.

AMEA-nın 80 illik yubileyi təkcə bir qurumun tarixi deyil, həm də Azərbaycan elminin dövlətçiliklə qovuşmuş möhtəşəm yolunun simvoludur. Prezident cənab İlham Əliyevin yubiley tədbirindəki çıxışı həmin yolun gələcək mərhələsini - bilik iqtisadiyyatına, rəqəmsal transformasiyaya və milli elmi suverenliyə doğru istiqaməti müəyyənləşdirmiş oldu.

Natəvan Əsədova

Riyaziyyat üzrə fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Noyabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Aşqabad xəttinin güclənməsi regional əməkdaşlığın dərinləşməsinə xidmət edir

23 İyun 2026 11:01see445

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see218

Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib

24 İyun 2026 00:19see200

Prezident ona yüksək vəzifə verdi

23 İyun 2026 12:38see184

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see184

ABŞ dan İran millisinə xoş xəbər

24 İyun 2026 01:30see182

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see179

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see179

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see178

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see177

İngiltərə Qana: Heyətlər

23 İyun 2026 22:58see176

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see175

Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb

23 İyun 2026 17:06see171

Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası

23 İyun 2026 20:13see170

Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24 İyun 2026 02:47see169

Uzunömürlülüyə problem kimi yanaşmaq düzgün deyil

23 İyun 2026 20:31see167

Pezeşkiandan Şərifə: Biz buna hazırıq!

24 İyun 2026 00:51see165

Rusiya ordusu Krımıdan çıxır

23 İyun 2026 18:26see164

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see164

AZAL ın aviaparkına yeni “Airbus A321neo” təyyarəsi daxil edilir

24 İyun 2026 12:49see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri