Icma.az
close
up
RU
“Elm və təhsil obyektivdə” foto video müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Elm və təhsil obyektivdə” foto video müsabiqəsinin qalibləri mükafatlandırılıb

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 17 dekabr, AZƏRTAC

Dekabrın 17-də Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan “Elm və təhsil obyektivdə” foto-video müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Bakı Fotoqrafiya Evində baş tutan tədbirdə Elm və Təhsil Nazirliyinin və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rəsmiləri, deputatlar, müsabiqənin münsiflər heyətinin üzvləri, media qurumlarının rəhbərləri, müsabiqə iştirakçıları və digər qonaqlar iştirak ediblər.

Tədbirdən öncə müsabiqə çərçivəsində seçilmiş foto və video işlərdən ibarət sərgi ilə tanışlıq olub.

Tədbir çərçivəsində həmçinin müsabiqənin münsiflər heyətinin sədri, ümummilli lider Heydər Əliyevin şəxsi fotoqrafı kimi fəaliyyət göstərmiş Rafiq Bağırovun müəllifi olduğu “Heydər Əliyev və təhsil” mövzusunda fotogușə təqdim edilib. Guşədə Ulu Öndər Heydər Əliyevin müxtəlif təhsil müəssisələrində şagird və tələbələrlə birlikdə çəkilmiş 30-a yaxın fotosu nümayiş etdirilib.

Mükafatlandırma mərasimində çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov foto və videonun yaddaşı və tarixi yaşadan mühüm vasitə olduqlarını qeyd edib. Nazir müavini bildirib ki, foto yalnız görüntü deyil, eyni zamanda, insanlara emosiyaları və hissləri ötürən güclü bir vasitədir. Firudin Qurbanov foto sənətinin inkişaf mərhələlərinə toxunaraq bu sahənin sürətlə rəqəmsal mərhələyə keçdiyini deyib.

Nazir müavini tədbir çərçivəsində Ulu Öndərə həsr olunmuş fotoguşənin təqdim edilməsinin xüsusi məna daşıdığını bildirib, Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi yüksək diqqət və qayğıdan danışıb. Firudin Qurbanov əsası Ulu Öndər tərəfindən qoyulan təhsil siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Çıxışının sonunda nazir müavini qalibləri təbrik edib, müsabiqənin təşkilatçılarına və münsiflər heyətinə təşəkkürünü bildirib.

Deputat Elçin Mirzəbəyli çıxışında foto və video sənətinin tarixi yaşadan və gələcək nəsillərə ötürən mühüm vasitə olduğunu qeyd edib. Azərbaycan xalqının gələcəyinin elm və təhsillə sıx bağlı olduğunu vurğulayan deputat bu kimi müsabiqələrin fotoqrafiya və fotoqalereya sənətinin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Müsabiqənin münsiflər heyətinin sədri Rafiq Bağırov Elm və Təhsil Nazirliyi tərəfindən belə bir müsabiqənin təşkil edilməsini yüksək qiymətləndirərək təşəkkürünü bildirib. O, Ulu Öndər Heydər Əliyevin şəxsi fotoqrafı kimi fəaliyyət göstərdiyi dövrlərlə bağlı xatirələrini bölüşərək həmin illərin tarixi və mənəvi əhəmiyyətindən bəhs edib.

Rafiq Bağırov bu cür müsabiqələrin foto, video sənətinin inkişafına və tarixi yaddaşın qorunmasına mühüm töhfə verdiyini vurğulayıb, gələcəkdə də hər kəsi bu tip təşəbbüslərdə fəal iştiraka çağırıb. Çıxışının sonunda müsabiqənin təşkilinə görə Elm və Təhsil Nazirliyinə bir daha təşəkkürünü ifadə edib.

Çıxışlarda müsabiqənin elm və təhsil sahəsində baş verən proseslərin vizual ifadəsinin təşviqi, eləcə də yaradıcı şəxslərin və media nümayəndələrinin bu sahədə fəal iştirakının artırılması baxımından əhəmiyyəti vurğulanıb.

Daha sonra qaliblərə diplom və mükafatlar təqdim edilib. Foto kateqoriyası üzrə ilk üç yerin qaliblərinə diplomlar, ən yaxşı beş işin müəlliflərinə isə həvəsləndirici sertifikatlar təqdim olunub. Video kateqoriyası üzrə ilk üç yerin qalibləri diplomlarla təltif edilib. Digər iştirakçılara müsabiqədə iştiraklarına dair sertifikatlar verilib.

Qeyd edilib ki, foto və video məzmun olmaqla iki kateqoriya üzrə keçirilən müsabiqədə peşəkar və həvəskar vizual məzmun yaradıcıları, foto-müxbirlər və media nümayəndələri iştirak ediblər. Müsabiqəyə ümumilikdə 100-ə yaxın müraciət daxil olub, 245 iş qəbul edilib. Qəbul olunan işlərdən 10-u video, 235-i isə foto materiallardır. Müsabiqə qaydalarına uyğun olaraq texniki meyarlara cavab verən 25 iş münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan müsabiqə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının tərəfdaşlığı, Təhsil TV və “Azərbaycan müəllimi” qəzetinin dəstəyi ilə təşkil olunub.

Müsabiqənin əsas məqsədi elm və təhsil prosesində maraqlı tərəflərin iştirakının artırılması, aktual mövzulara fərqli baxış bucaqlarından yanaşılmaqla keyfiyyətli və yaradıcı vizual məzmunun formalaşdırılmasını təşviq etmək olub.

-1 / 12

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see267

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see236

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see211

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see206

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see180

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see178

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see178

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see170

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see170

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see158

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see155

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see155

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see153

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see153

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see151

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri