Icma.az
close
up
RU
Elman Nəsirov: “Ədalətsizliyin ən böyüyü bundadır ki, Tofiq Yaqublunun yanındakı məhbusların taleyi ilə heç kim maraqlanmır”

Elman Nəsirov: “Ədalətsizliyin ən böyüyü bundadır ki, Tofiq Yaqublunun yanındakı məhbusların taleyi ilə heç kim maraqlanmır”

Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Həbsdə olan şəxslərin aclıq aksiyası keçirmələri yeni hadisə deyil. Tofiq Yaqublu çoxsaylı cinayətlərinə görə hər dəfə həbsə düşəndə bu kimi təsir, təzyiq metodlarından dəfələrlə istifadə edib. Beynəlxalq praktikada da bu kimi hallar var, hətta geniş yayılıb. Tofiq Yaqublunun azadlığa buraxılmaq üçün aclıq aksiyası keçirməsinin özü elə təzyiq elementidir. Əvvəla, Tofiq Yaqublu heç bir halda siyasi baxışına, əqidəsinə, partiya mənsubiyyətinə görə həbs olunmayıb. Onun həbsini şərtləndirən konkret motivlər, səbəblər var və bu səbəblər cinayət tərkibi ilə bağlıdır. Kimlərin buna şübhəsi varsa, araşdırsın, baxsın ki, Tofiq Yaqublu hansı qanunazidd addımı atıb və həbs edilib. Fikir verirsiniz, Tofiq Yaqublunun yanında çoxlu sayda həbs olunmuş şəxslər var. Ədalətsizliyin ən böyüyü bundadır ki, onların taleyi ilə heç kim maraqlanmır. Hamı daha çox diqqəti Tofiq Yaqublunun üzərinə cəm edib. Məqsəd Tofiq Yaqublunu beynəlxalq təşkilatlara, cəmiyyətə süni şəkildə "siyasi məhbus" kimi sırımaqdır”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov deyib.

“Tofiq Yaqublu əslində heç yerdə işləmir. Amma bu insanlar həm də yaxşı yaşayırlar. Əgər həbs olunublarsa, məhbus həyatı yaşayırlarsa, yiyələrindən, ağalarından aldıqları ənamlar, maliyyə dəstəkləri artmağa başlayır. Nə qədər çox həbsə düşsə, hakimiyyət əleyhinə siyasi bəyanatlar versə, aclıq aksiyası keçirsə, onda ağalarından gələn mükafatlandırmanın həcmi ədədi deyil, həndəsi silsilə ilə arta bilir. Belə hallar təəssüf doğurur. Sanki həbsxanaya düşməyə bir adətkarlıq var. Üzümüzü tutub belə insanlara söyləyirik ki, düz yolda, haqq yolda olun. Doğru-düzgün siyasi fəaliyyət həyata keçirin. Şərləmə, qaralama, iftira, feyk məlumatlar yaymaq praktikasına son qoyun. Hiss edəndə ki, tutduqları cinayət yolu onları həbsxanaya aparacaq, bu halda çox qəribə, qəribə olduğu qədər məntiqi bir alqoritmin şahidi olacaqsınız. Görəndə ki, bu yol artıq həbsxananın darvazasının lap astanasına çıxarıb, bu halda siyasi bəyanatlarının ritorikasını daha da gücləndirir, hakimiyyət əleyhinə açıq-saçıq, şiddətli bəyanatlar səsləndirirlər. Həbs olunanda isə bu davranışlarını önə çəkirlər ki, fikir verirsiniz, mən filan məsələni çox kəskinliklə qaldırdım, məni həbs etdilər. Xeyr, səni buna görə həbs etməyiblər. Cinayət maddəsinə bax ki, nəyə görə həbs edilmisən. Sadəcə, siyasi ritorikanın kəskinləşməsi özünü qoruma instinkti ilə bağlıdır. Sabah bu ad altında həbs olduğunu söyləmək üçün, süni şəkildə siyasi məhbus obrazı formalaşdırmaq üçün lazımdır. Bunlar Azərbaycanda keçməz. Bu yol qəbuledilməzdir. Kim sizin yolunuzu seçmiş olacaqsa, bilin ki, özünü bədbəxt etmiş olacaq. Azərbaycan hüquqi dövlətdir və hüquqi dövlətdə heç kim qanunun fövqündə ola bilməz. Həbsxanada ətrafınızda olan insanların hansı hüquqları varsa, sizin də eyni hüquqlarınız var. Qanun qarşısında hər kəs bərabərdir. Heç kim deyə bilməz ki, mən qanunun fövqündəyəm. Bu yolu seçənlər də ən böyük səhvlərini məhz o zaman edirlər. Bundan sonra isə onları hansı aqibətin gözlədiyini qərarlaşdırmaq elə də çətin deyil", - deputat bildirib.

Aytəkin Qardaşova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://pravda.az
archiveBu xəbər 14 Aprel 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see226

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see172

Tərtərdə qəza Bir ailənin 3 üzvü xəsarət aldı

31 May 2025 20:31see153

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see142

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see133

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see133

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see128

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see127

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see126

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see124

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see124

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see123

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see121

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see116

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see116

Piastri İspaniya Qran prisinə ilk pillədən start verəcək

31 May 2025 19:49see114

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see114

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see113

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see112

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri