Icma.az
close
up
RU
Elmar Məmmədyarov: “Təxribat riskləri hər zaman olacaq

Elmar Məmmədyarov: “Təxribat riskləri hər zaman olacaq

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Azərbaycanla Ermənistan arasında sülh müstəvisində danışıqlar davam edir. Amma proses uzanır. Çünki tərəflərin razılığa gələ bilmədiyi məqamlar var. Bu, ilk növbədə Ermənistanın konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları ilə bağlıdır.
Reyting.az
xəbər verir ki, bu sözləri Teleqraf.com-a sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Bir müddət Zəngəzur dəhlizi ilə bağlı bəhanələr ortaya atılırdı. Amma sonra Azərbaycan dəhliz məsələsinin sülh danışıqlarından çıxarıldığını bəyan etdi”, – deyə eks nazir söyləyib.
Onun sözlərinə görə, sülh yoxdursa, təxribat riskləri hər zaman olacaq: “Artıq dünyada siyasi proseslər fərqli müstəvidə cərəyan edir. SSRİ dağıldıqdan sonra dünyada yeni xəritələr çəkilir. Suriyada baş verən son hadisələr bu proseslərin tərkib hissəsidir. Cənubi Qafqazda da proseslərin yönünü dəyişmək istəyənlər az deyil. Ona görə də Ermənistanın indiki rəhbərliyi baş verənlərdən düzgün nəticə çıxartmalıdır”.
Elmar Məmmədyarov bildirib ki, Azərbaycan və Ermənistanın ilkin sülh sənədini paraflaması mümkündür: “Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olduğu halda, sülh sazişini imzalamaq real deyil. İndiki halda Nikol Paşinyan da bu prosesdə geridönüşün olmadığının fərqindədir. Buna görə də o, Ermənistan üçün yeni konstitusiya layihəsinin hazırlanması ilə bağlı bəyanat verib. Bu halda sülhə və digər məsələlərin qarşısında əngəl qalmır. Azərbaycanın eksklav əraziləri ilə bağlı da yekunda müsbət addım atmaq olar. Burada ərazi mübadiləsinə getmək ehtimalı da istisna edilmir”.

Ana səhifəyə dön


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://reyting.az
archiveBu xəbər 18 Dekabr 2024 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri