Elmi fantastika klassiki ilk dəfə Buker mükafatını qazandı
Oxumeni.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2026-cı il Buker mükafatı 81 yaşlı fantastika yazıçısı M. Con Harrisona fəlakətdən sonrakı dünya haqqında yazdığı "Hər şeyin sonu" romanına görə verilib. Britaniyalı Maykl Con Harrison Buker Mükafatını qazanan ilk elmi fantastika yazıçısı olub.
Oxuməni.az xəbər verir ki, bu barədə "The Guardian" ın yaydığıməlumatda deyilir. 81 yaşlı yazıçının apokaliptikdən sonrakı romanı olan "Hər şeyin sonu" 50.000 funt sterlinq mükafat alıb.
81 yaşında Harrison həmçinin Buker Mükafatının tarixində ən yaşlı qalibi olmaq rekordunu qırıb. Əvvəlki rekord 2019-cu ildə 79 yaşında mükafat qazanan Kanadalı yazıçı Marqaret Atvuda məxsus idi.
Buker Mükafatı Fondunun icraçı direktoru Qebinin sözlərinə görə, əvvəlki bir çox qalib elmi fantastika ilə məşğul olsa da, Harrison "elmi fantastika aləmindən çıxan ilk Buker mükafatçısıdır". O, bunu "onilliklər boyu davam edən əsərlərinin hər səhifəsində asanlıqla oxuna bilən bir yazıçı üçün tarixi bir qələbə" adlandırıb.
"Hər şeyin Sonu" əsəri indiki dövrdə, heç kimin tam izah edə bilmədiyi bir fəlakətdən illər sonra baş verir. Kent sahillərində baş verən roman, mənşəyi və niyyətləri izah olunmayan nəhəng, forma dəyişdirən varlıqların yaxınlaşan təhlükəsi arasında yaşamaq üçün mübarizə aparan Filip Tennent və onun qocalmış xalası Marnie-ni izləyir. 198 səhifəlik bu kitab, Buker Mükafatı namizədlərinin siyahısındakı ən qısa kitab idi.
Bu ilki siyahıya iki keçmiş qalib daxildir: "Yoxa çıxanlar" əsəri ilə bukmekerlərin sevimlisi Marlon Ceyms və "Condan Con" əsəri ilə Duqlas Stüart. Qısa siyahıya Elizabet Stroutun "What We Never Say", Luke Kennardın "Black Bag" və Rebekka Perrinin debüt romanı olan "Can We Feed the King?" daxil idi. Qısa siyahıya daxil olan hər bir müəllif 2500 funt sterlinq alır.
2025-ci ildə qalib Macarıstanda anadan olmuş Britaniya yazıçısı David Saley "Flesh" romanı ilə seçilib. Kitabda Macarıstandakı həyatından London malikanələrinə yüksələn İstvan haqqında danışılır.
Buker mükafatı hər il ingilis dilində yazılmış və Böyük Britaniya və ya İrlandiyada nəşr olunmuş əsərlərə verilir. İstənilən millətdən olan müəlliflər müraciət edə bilərlər.
Əziz MUSTAFA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 10 Noyabr 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















