Icma.az
close
up
RU
Elmi kütləvi, mədəni maarif, təhsil proqramlarının hazırlanması

Elmi kütləvi, mədəni maarif, təhsil proqramlarının hazırlanması

Icma.az, Manset saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması, cəmiyyətin inkişafı və insanların maariflənməsi baxımından çox vacibdir. Elmi-kütləvi proqramlar elmin müxtəlif sahələrini sadə və anlaşılan şəkildə geniş kütlələrə təqdim etməyi məqsəd qoyur. Bu proqramlar insanların elmi məlumatlara və yeniliklərə daha asan şəkildə yiyələnməsini təmin edir.

Mövzu ilə bağlı Manset.az-a danışan təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, hər bir ölkənin gücü onun elmi, təhsili və mədəniyyətinin səviyyəsi ilə bilavasitə bağlıdır:

"Xüsusilə də təhsil dövlətin gələcəyi və güclənməsi baxımından ən vacib faktorlardan biridir. Dövlətimiz hər bir sahənin inkişafı üçün bütün istiqamətlərdə mühim addımlar atır. Amma buna baxmayaraq elmi-kütləvi, mədəni-maarif və təhsil sahəsində təkmilləşməyə böyük ehtiyac var. Elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi, həmçinin, elmi-kütləvi, mədəni-maarif sahəsində müəyyən addımların atılması zərurəti artır. Hal-hazırda ölkəmizdə elmi-kütləvi, mədəni maarif və təhsil proqramları istiqamətində inkişaf istədiyimiz səviyyədə deyil. Bu məsələdə daha çox məsuliyyət Elm və Təhsil Nazirliyi, Audioviziual Şuranın, həmçinin, Mədəniyyət Nazirliyinin üzərinə düşür. Bu qurumlar qeyd olunan istiqamətdə müştərək proqramların hazırlanması, onların təbliğatı və təşviqi ilə məşğul olmalıdır: Dövlət elmi-kütləvi və mədəni-maarif sahəsində addımlar atır. Amma yenə də çatışmayan tərəflər var. Bu çatışmazlıqların aradan qaldırılması üçün aidiyyatı qurumlar ciddi və əməli işlər görməlidir. Müasir dövrdə təhsil proqramlarının araşdırılması, daha çox inkişaf etmiş ölkələrin təcrübələrinin öyrənilməsi və tətbiq olunması daha məqsədə uyğundur. Hazırda informasiya texnologiyaları əsrində yaşayırıq. İnformasiya texnologiyaları hər gün inkişaf edir. Texnologiyanın sürətli inkişafı müasir dünyanı, o cümlədən Azərbaycanı çağırışlara dərhal cavab verməyə səsləyir".

Ekspert qeyd edib ki, bu gün Azərbaycanda fəaliyyət göstərən orta ümümtəhsil müəssisələrində dərslər kurikulum təhsil proqramı əsasında keçirilir:

"Ali təhsil və orta ixtisas təhsil müəssisələri isə boloniya sisteminə əsaslanır. Bu yaxınlarda Elmlər Akademiyasının bir sıra qurumlarının Elm və Təhsil Nazirliyi tabeliyinə verilməsi bu istiqamətdə işlərin görülməsinin zəruri olduğunu göstərir. Bizdə elmi-kütləvi tədbirlər demək olar ki, çox az keçirilir.

Olimpiadaları, müəyyən təhsil yarışlarını, müsabiqələri, Texnofest festivalını və s. keçirilməsini elmi-kütləvi bir tədbir kimi qeyd edə bilərik. Biz ümumiyyətlə, hər il davamlı olaraq müəyyən elmi-kütləvi müsabiqələri, festivalları təşkil etməliyik. Bura alimlərimiz dəvət olunmalı, müxtəlif universitetlərin və məktəblərin elmi işləri, layihələri orda önə çıxarılmalıdır. Eyni zamanda biz bu işləri beynəlxalq səviyyədə də aparmalıyıq. Beynəlxalq yarışmalarda azərbaycanlı alimlər, məktəblilər, tələbələr iştirak etməlidir. Azərbaycanın bütün sahələrdə elmi, iqtisadi, hərbi istehsalat məhsulları orda təqdim olunmalıdır.

Mədəni-maarif proqramları sahəsində çatışmayan tərəflər daha çoxdur. Çünki hazırda ölkəmizdə mədəni-maarif istiqamətində müəyyən tədbirlərin keçirilməsində sanki nəsə çatışmazlıq var. Buna kütləvi imformasiya vasitələrini, televiziyanı misal gətirə bilərik. Bu gün televizyalarımız daha çox şou istiqamətində inkişaf var. Mədəniyyət televiziyası istisna olmaqla televiziyalarda mədəni-maarifə həsr olunan verilişləri təsadüfi hallarda görə bilirik. Lakin 44 günlük müharibədən sonra bu istiqamətdə artıq müəyyən işlər görülməyə başlayıb. Məsələn Şuşada “Xarı Bülbül” festivalı, ya da “Vaqif Poeziya Günləri”nin keçirilməsi elmi, mədəni-maarif istiqamətində atılan addımlardır.

Təhsil proqramları istər tam, istər ümumi, istər orta ixtisas, istərsə də ali təhsil müəssisələrində müasir çağırışlar əsasında yenilənməlidir. Hazırda STEAM əsaslı təhsil tədricən inkişaf edir. Artıq bir neçə məktbə və liseylərdə bu proqramdan istifadə olunur.
Fikrimcə, biz dünyanın qabaqcıl inkişaf etmiş ölkələrinin, xüsusilə də təhsil sahəsində uğurları olan ölkələrin təhsil proqramlarından maksiumum faydalanmalıyıq".

Mövzu ilə bağlı fikirlərini bölüşən Millət vəkili Ceyhun Məmmədov isə vurğulayıb ki, təhsil və mədəni-maarif proqramlarının hazırlanması və həyata keçirilməsi dövlət səviyyəsində xüsusi əhəmiyyət kəsb edir:

"Son illərdə bu sahədə bir sıra mühüm təşəbbüslər həyata keçirilib. Məsələn, Qarabağ Universitetinin yaradılması, Azərbaycan, Türkiyə və İtaliya universitetlərinin birgə fəaliyyət göstərməsi bu sahənin inkişafına mühüm töhfələr verir. Eyni zamanda, müxtəlif bölgələrdə və qurumlarda davamlı olaraq mədəni-maarif və təhsil proqramları uğurla həyata keçirilir.

Ümumiyyətlə, gənc nəslin sağlamlıq tədbirlərində iştirakının artırılması, bilik və bacarıqlarının inkişafı, texnologiya sahəsindəki səviyyələrinin yüksəlməsi və dünya görüşlərinin zənginləşdirilməsi üçün bu cür tədbirlərin böyük əhəmiyyəti və rolu var. Bu gün biz mədəni tədbirlərin müxtəlif istiqamətlərdə həyata keçirildiyini və təhsil proqramlarının davamlı olaraq hazırlandığını görürük. Bu proseslər, öz növbəsində, dövlətin siyasətinə öz töhfəsini verir və ölkənin inkişafına müsbət təsir göstərir".

Seyranə Quliyeva

6.3.16. Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;

Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 18 Mart 2025 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see226

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see173

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see146

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see134

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see133

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see125

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see125

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see123

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see123

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see122

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri