Icma.az
close
up
RU
Yeni ali təhsil proqramlarının hazırlanması məqsədilə Təbiət ixtisasları üzrə işçi qrupunun BDU da iclası keçirilib

Yeni ali təhsil proqramlarının hazırlanması məqsədilə Təbiət ixtisasları üzrə işçi qrupunun BDU da iclası keçirilib

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Yeni ali təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın Təbiət ixtisasları üzrə işçi qrupunun Bakı Dövlət Universitetində (BDU) iclası keçirilib.

Bu barədə 525.az-a BDU-dan bildirilib.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyevin həmsədrliyi ilə keçirilən iclasda işçi qrupun üzvləri iştirak ediblər.

BDU-nun rektoru Elçin Babayev bildirib ki, hazırda ölkəmizdə yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində islahatlar aparılır.

Elm və təhsil nazirinin müvafiq əmri ilə müasir tələblərə və əmək bazarının ehtiyaclarına cavab verən kompetensiya əsaslı və tələbəyönümlü yeni təhsil proqramlarının layihələrinin hazırlanması məqsədilə Komissiya yaradılıb.

Təbiət ixtisasları qrupunun hər bir ixtisas üzrə altqruplarının tərkibinə ölkənin müxtəlif ali təhsil müəssisələri, Elm və Təhsil Nazirliyinin elmi-tədqiqat institutları, eləcə də dövlət və özəl müəssisələrdə çalışan mütəxəssislər daxil edilib və müvafiq ixtisas üzrə üzvlərdən bir nəfər seçilərək, altqrupa sədr təyin olunub. Hazırda bu qruplar tərəfindən əmək bazarının tələbləri, dünyanın tanınmış universitetlərinin bu sahədə təcrübəsi əsasında ixtisaslaşmaların yeni siyahısı tərtib olunur.

İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev bu gün dünyada gedən qlobal transformasiyaların fonunda Azərbaycanda kadr potensialının artırılması və yeniliklərin tətbiqinə zərurət yarandığını deyib. Qeyd edib ki, rəqəmsal texnologiyaların müxtəlif sahələrə nüfuz etməsi məsələlərə münasibətlərin dəyişməsinə gətirib çıxarıb. Təbiət ixtisasları qrupu üzrə işçi qrupunun iclasının BDU-da keçirilməsi də təsadüfi deyil. BDU təbiət elmlərinin əsasının qoyulduğu ali təhsil müəssisəsidir. Qarşıda duran vəzifə təbiət elmləri üzrə ixtisaslara yenidən baxılması və günümüzə uyğunlaşdırılmasıdır: “Biz həm də inkişaf etmiş ölkələr və onların aparıcı universitetlərinin təcrübələrindən istifadə etməli və müqayisələr apararaq ortaq nöqtəni tapmalıyıq. İnanıram ki, işçi qrup və onun təşkil etdiyi altqruplar bu işi uğurla icra edəcəklər”.

Qeyd edək ki, elm və təhsil nazirinin 2025-ci il 24 fevral tarixli əmri ilə təhsil proqramlarının layihələrinin hazırlanması məqsədilə yaradılan Komissiyanın tərkibində Təhsil ixtisasları qrupu, Humanitar və sosial ixtisaslar qrupu, Mədəniyyət ixtisasları qrupu, İqtisadiyyat və idarəetmə ixtisasları qrupu, Təbiət ixtisasları qrupu, Texniki və texnoloji və Xüsusi təyinatlı ixtisaslar qrupları, Kənd təsərrüfatı ixtisasları qrupu, İdman və xidmət ixtisasları qrupu, Əsas (baza ali) tibb təhsili səviyyəsi və səhiyyə ixtisasları qrupu olmaqla 9 işçi qrup yaradılıb. İşçi qruplara rəhbərlik ali təhsil müəssisəsinin rəhbəri və əmək bazarından nümayəndə olmaqla həmsədrlik mexanizmi əsasında təşkil edilib.

İclas müzakirə formatında davam etdirilib.

Sevinc Qarayeva 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Mart 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri