Elmin Əliyev: Avropa çempionatındakı rəqiblərimin hər biri kifayət qədər təcrübəli idi
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatının qalibi yunan-Roma güləşçisi Elmin Əliyevin (82 kq) rəqiblərinin hər biri kifayət qədər təcrübəli olub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, idmançı bunu jurnalistlərə açıqlamasında deyib.
Avropa çempionu yarışa hazırlaşmaq üçün çox əziyyət çəkdiyini söyləyib:
"Yarışa ciddi hazırlaşmışdım. Çox əziyyət çəkmişdim. Şükür Allaha ki, qızıl medal qazandım. Rəqiblərimin hər birinin kifayət qədər medalları vardı, təcrübəli idilər. Çəkdiyim əziyyətin bəhrəsini gördüm. Bu yolda mənə dəstək göstərdikləri üçün ailəmə, məşqçilərimə, həmçinin Azərbaycan Güləş Federasiyasına, Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə dərin təşəkkürümü bildirmək istəyirəm".
O, finala gedən yolda asan rəqiblə qarşılaşmadığını vurğulayıb:
"Finala qədər olan yolda bütün rəqiblərim çətin idilər. Hər biri güc baxımından eyni idi və zəif deyildilər".
Güləşçi növbəti hədəflərindən danışıb:
"Qarşıdan gənclərin Avropa çempionatı gəlir. Daha sonra U-20 və U-23 dünya çempionatları olacaq. Hər birində iştirak etməyə çalışacağam. Məşqçilər məsləhət görsələr, böyüklərin də yarışına qoşularam".
Qeyd edək ki, E.Əliyev finalda gürcüstanlı rəqibi Tornike Mikeladzeni 3:2 hesabı ilə üstələyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:246
Bu xəbər 16 Mart 2026 01:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















