Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə “Avtoqraf nüsxə”
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 2 aprel, AZƏRTAC
Aprelin 2-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin baş elmi işçisi dosent Zəkiyyə Əbilova “Avtoqraf nüsxə” mövzusunda mühazirə oxuyub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Odlar Yurdu və Bakı Avrasiya universitetlərinin tələbələrinin iştirak etdiyi təlimdə Zəkiyyə Əbilova Azərbaycanın Məhəmməd Füzuli, Mir Möhsün Nəvvab, Abbasqulu ağa Bakıxanov şair və yazıçılarından söz açıb. Z.Əbilova onların ərəbdilli və farsdilli əsərlərinin institutda qorunub saxlanılan çap və əlyazma nüsxələrindən bəhs edərək nümunələr göstərib və tələbələrin suallarını cavablandırıb.
Xatırladaq ki, doktorant və dissertantların müvafiq fənlər üzrə ixtisas səviyyələrinin artırılması və gücləndirilməsi məqsədilə institutun Təhsil şöbəsi tərəfindən təşkil olunmuş bu kimi seminarların iyun ayına qədər davam etdirilməsi nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 02 Aprel 2025 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















