Icma.az
close
up
RU
Elnur Əliyev: KOB lar qlobal miqyasda ÜDM istehsalında çox mühüm rol oynayırlar

Elnur Əliyev: KOB lar qlobal miqyasda ÜDM istehsalında çox mühüm rol oynayırlar

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"KOB-lar qlobal ÜDM-in yarısını istehsal etdiklərinə görə iqlim dəyişikliyinə səbəb olan çirklənmənin, təxminən, 50%-nə də məsuldurlar".

Oxu.Az xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Elnur Əliyev II Azərbaycan Halal Biznes (AZHAB) Forumunda "Qlobal yaşıl keçid diskursunda KOB-ların rolunun artırılması: Bakı İqlim Koalisiyasının KOB-ların yaşıl keçidinə dair Birgə Bəyannaməsi" mövzusunda aparılan panel müzakirəsində deyib.

O bildirib ki, KOBİA kiçik və orta sahibkarlıqların (KOB) iqtisadiyyatda rolunu gücləndirmək və onların rəqabət qabiliyyətini artırmaq istiqamətində tədbirlər görür:

"Apardığımız tədqiqatlar nəticəsində - xüsusilə COP29 sədrliyi çərçivəsində keçirdiyimiz sorğuda - belə bir nəticəyə gəldik ki, bir çox KOB-lar "yaşıl müzakirələr" barədə ümumiyyətlə məlumatlı deyillər. Bəs niyə onlar bu mövzuya maraq göstərməlidirlər? Bunun bir neçə mühüm səbəbi var.

Əvvəla, KOB-lar həm qlobal miqyasda, həm də Azərbaycanın göstəricilərinə əsasən, ÜDM istehsalında çox mühüm rol oynayırlar. Dünyada bütövlükdə ÜDM-in təxminən 50%-i KOB-ların fəaliyyəti nəticəsində formalaşır.

Eyni zamanda, məşğulluğun 70-80%-i də məhz KOB-ların payına düşür. Üstəlik, dünyadakı şirkətlərin 90-99%-i rəsmi olaraq KOB kimi qeydiyyata alınıb.

Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən isə KOB-lar qlobal ÜDM-in yarısını istehsal etdiklərinə görə iqlim dəyişikliyinə səbəb olan çirklənmənin təxminən 50%-nə də məsuldurlar".

Elnur Əliyev KOB-ların iki istiqamətdə əhəmiyyətindən bəhs edib:

"Birincisi, onlar dünya iqtisadiyyatının vacib oyunçularıdır, innovasiyaların mühüm hissəsini həyata keçirirlər. "Amazon", "Google", "Apple" kimi nəhəng şirkətlər də bir vaxtlar KOB kimi fəaliyyətə başlamışdılar. İkincisi, onlar iqlim dəyişikliyi ilə mübarizədə həll yolları təqdim edə biləcək əsas iştirakçılardır.

Məhz bu iki səbəbdən, Azərbaycan COP29 sədrliyi çərçivəsində KOB-ların yaşıl keçidini prioritet istiqamətlərdən biri kimi müəyyən etdik. Bunun nəticəsi olaraq, biz birgə Bəyannaməni hazırladıq.

İlk imzalar 14 noyabrda Bakıda, COP29 tədbiri çərçivəsində atıldı. O vaxtdan bəri bir çox beynəlxalq tərəfdaş bizə qoşulub və bu günə qədər Bakı Bəyannaməsini dəstəkləyən və imzalayan tərəfdaşların sayı, təxminən, 25-ə çatıb.

Azərbaycan Halal Biznes Forumunun ikinci günündə isə biz Bəyannamənin icrasına necə başlaya biləcəyimizi müzakirə edəcəyik".

O qeyd edib ki, KOB-ların yaşıl keçidini həyata keçirməyə kömək edə biləcək üç əsas istiqamət var:

"Bilgi və məlumat çatışmazlığı: Sorğumuz göstərdi ki, Azərbaycandakı bir çox KOB-lar yaşıl keçid, ekologiya və yeni texnologiyalar barədə məlumatlı deyillər. Halbuki hər şey məlumat və maariflənmədən başlayır.

İmkan və resurs çatışmazlığı: bəzi KOB-lar çirklənməyə səbəb olduqlarını dərk etsələr də, bununla mübarizə aparmaq üçün nə maddi resursa, nə də texniki bacarığa malikdirlər.

Maliyyə çatışmazlığı: çox az sayda KOB iqlim maliyyələşdirilməsinə çıxış əldə edə bilir. Onsuz da, ənənəvi maliyyələşməyə çıxışda çətinlik çəkən KOB-lar üçün bu, daha da mürəkkəb məsələdir.

Əgər bu üç problemi - bilgi, imkan və maliyyə - aradan qaldıra bilsək, KOB-ların yaşıl keçid prosesini də uğurla dəstəkləyə bilərik".

Aygün Mirakif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Oktyabr 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see138

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see129

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri