Icma.az
close
up
RU
Elnur Əliyev: KOB ların ehtiyaclarına cavab verən qlobal yanaşma hələ tam formalaşmayıb

Elnur Əliyev: KOB ların ehtiyaclarına cavab verən qlobal yanaşma hələ tam formalaşmayıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 16 iyun, AZƏRTAC

Kiçik və orta biznes subyektlərinin (KOB) ehtiyaclarına cavab verən qlobal yanaşma hələ tam formalaşmayıb.

AZƏRTAC xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədrinin müşaviri Elnur Əliyev İslam İnkişaf Bankının “Davamlı regional inteqrasiya üçün halal iqtisadiyyat” mövzusuna həsr olunmuş Halal İqtisadiyyat Liderlik Forumu (HELF) və Azərbaycan Halal Biznes Forumu 2026-nın (AZHAB Forum) “Halal mikro, kiçik və orta müəssisələr və dayanıqlılıq: Yaşıl keçid, halal dəyər zəncirləri və inklüziv iqtisadi artım” adlı sessiyasında çıxışı zamanı deyib.

“Beynəlxalq təcrübəyə nəzər saldıqda görürük ki, son illərdə keçirilən iqlim konfranslarında, xüsusilə COP28 və COP29 çərçivəsində özəl sektorun rolu geniş müzakirə olunub. Hökumətlərin özəl sektoru yaşıl transformasiyaya necə cəlb edə biləcəyi və bu prosesi necə dəstəkləyə biləcəyi barədə ciddi debatlar aparılıb. Lakin daha dərindən təhlil etdikdə məlum olur ki, bu müzakirələrdə əsas diqqət daha çox iri şirkətlərə və böyük investisiya layihələrinə yönəlib. Kiçik və orta müəssisələrin ehtiyaclarına cavab verən qlobal yanaşma isə hələ tam formalaşmayıb. Məhz buna görə beynəlxalq tərəfdaşlıqlar, regional əməkdaşlıq mexanizmləri və yeni maliyyə alətləri xüsusi əhəmiyyət kəsb edir. Çünki KOB-ların yaşıl keçiddə fəal iştirakını təmin etmək üçün əsas sual artıq “nə etmək lazımdır?” deyil, “bunu necə maliyyələşdirmək lazımdır?” sualıdır. Yaşıl transformasiyanın uğuru məhz bu sualın cavabından və KOB-ların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsindən asılı olacaq”, - deyə o bildirib.

Fotoqraf - İlkin Cavanşirov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyun 2026 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri