Icma.az
close
up
RU
Ölkəmiz ÜDM istehsalında Cənubi Qafqaz lideridir

Ölkəmiz ÜDM istehsalında Cənubi Qafqaz lideridir

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

2025-ci ilin birinci yarısında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz və ya 2,11 milyard manat artaraq 62,08 milyard manata çatıb. Bu barədə Media Təhlil Mərkəzi Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlərə istinadən məlumat yayıb.

Mərkəzin yaydığı məlumatda bildirilir ki, ötən ilin I yarısında ÜDM-yə dair göstərici 59,97 milyard manat olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz və ya 0,45 milyard manat az deməkdir. Son 5 ilin ilk yarım illəri üzrə ən yüksək ÜDM istehsalı isə 63,39 milyard manat olmaqla 2022-ci ildə və ən az 40,76 milyard manatla 2021-ci ildə qeydə alınıb. 2021-ci ildə ÜDM həcminin kəskin azalması həmin dövrdə ölkədə və dünyada hökm sürən COVID-19 pandemiyası ilə bağlı olub.

Məlumatda qeyd olunur ki, son 5 ilin yanvar-iyun aylarında qeyri-neft-qaz sektorunda ÜDM istehsalı daim artsa da, 2022-ci ildən cari ilədək neft-qaz sektorunda azalma qeydə alınıb. Bu sektor üzrə yeganə artım isə 2022-ci ildə qeydə alınıb ki, bu da pandemiya ilə bağlı olub. Daha dəqiq desək, cari ilin I yarısında neft-qaz sektoru üzrə ÜDM istehsalı 19,09 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1,26 milyard manat və ya 6,2 faiz azdır.

2025-ci ilin yanvar-iyun aylarında qeyri-neft-qaz sektoru üzrə ÜDM istehsalı 2024-cü ilin rəqəmlərini 8,5 faiz və ya 3,37 milyard manat üstələyərək 42,99 milyard manata bərabər olub. Hesabat dövründə adambaşına düşən ÜDM həcmi isə cari ilin I yarısında 6 min 66,1 manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz və ya 181,7 manat çoxdur. Son 5 il üzrə adambaşına düşən ən yüksək ÜDM həcmi 2022-ci ilin I yarısında (6 min 307,4 manat) qeydə alınıb. Ən aşağı göstərici isə 2021-ci ildə, yəni pandemiya dövründə 4 min 72,4 manat olub.

Yeri gəlmişkən, Cənubi Qafqaz ölkələrinin Dövlət Statistika Komitələri tərəfindən açıqlanan rəsmi rəqəmlərin təhlili göstərir ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycan ÜDM həcminə görə regionun digər ölkələri arasında lider olub. Belə ki, cari ilin ilk rübündə ölkədə ÜDM həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz və ya 0,5 milyard dollar artaraq 17,6 milyard dollara çatıb.

Gürcüstan 7,7 milyard dollarlıq ÜDM ilə ikinci sırada yer alıb. Qonşu ölkənin ÜDM həcmi Azərbaycanda olduğu kimi, ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 milyard dollar, faizlə ifadədə isə 6,9 faiz artım qeydə alınıb. Son sırada 5,4 milyard dollarlıq ÜDM həcmi ilə Ermənistan qərarlaşıb. Bu göstərici ötən ilin I rübündə qeydə alınan rəqəmlərlə müqayisədə 8 faiz və ya 0,4 milyard dollar çoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 İyul 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri