Icma.az
close
up
RU
Elnur Məmmədov ABŞ nin BDAK nümayəndə heyəti ilə görüşüb

Elnur Məmmədov ABŞ nin BDAK nümayəndə heyəti ilə görüşüb

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Dini Azadlıq Komissiyasının (BDAK) nümayəndə heyəti ilə görüşüb.

Bu barədə APA-ya XİN-dən məlumat verilib.

Komissiyanın sədri Stefen Şnekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərində humanitar sahənin komponenti kimi dini məsələlər üzrə iki ölkə arasında əməkdaşlıq əlaqələrinə, o cümlədən dövrümüzdə qarşılıqlı hörmət əsasında və dinc birlikdə yaşamaq praktikasının inkişaf etdirilməsində multikulturalizm və dini dözümlülük kimi dəyərlərin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb.

BDAK-nin sədri müvəkkil S.Şnek səfərin ötən bir il ərzində Azərbaycanda dini məsələlərin tənzimlənməsində əldə olunmuş təcrübə ilə bilavasitə tanış olmaq üçün həyata keçirildiyini bildirib. O, bu məqsədlə səfər çərçivəsində Azərbaycanda bir sıra aidiyyəti dövlət qurumlarının nümayəndələri və müxtəlif dini icmaların təmsilçiləri ilə görüşlərin nəzərdə tutulduğunu qeyd edib.

Nazir müavini E.Məmmədov Azərbaycanda tarixən mövcud olan köklü və nümunəvi multikulturalizm və dini dözümlülük ənənələrinin bu gün beynəlxalq miqyasda ən ali səviyyələrdə təqdir olunduğunu bildirərək, ölkəmizin bu istiqamətdə hər zaman qarşılıqlı təcrübə mübadiləsində maraqlı olduğunu vurğulayıb.

Azərbaycanın tarixi inkişaf xüsusiyyətlərinin, habelə coğrafi mövqeyinin və zəngin demoqrafik tərkibinin ölkəmizdəki milli, etnik və dini müstəvilərdə dözümlülük mədəniyyətinin formalaşmasında mühüm rol oynadığını nəzərə çatdırıb. Bu xüsusda nazir müavini BDAK tərəfindən dərc olunan illik hesabatlarda Azərbaycanda yaşayan müxtəlif dini etiqad daşıyıcıları arasında mövcud olan harmoniya və dinc birgə yaşayış təcrübəsinin obyektiv yanaşma və narrativlərlə əks olunmasının əhəmiyyətini qeyd edib. Eləcə də Azərbaycanda bu nümunəvi mühitin mütərəqqi məzmunda inkişafı üçün davam etdirilən məqsədyönlü dövlət dəstəyi siyasətinin vacibliyindən bəhs edib.

Həmçinin E.Məmmədov bu kimi hesabatlarda məsələləri konkret faktlar əsasında öyrənmə və tədqiq etmə metodologiyasının önəm kəsb etdiyini vurğulayaraq, Azərbaycan torpaqlarının uzun illər Ermənistan tərəfindən işğalı dövründə dini abidələrimizə qarşı törədilmiş zorakılıq və digər müxtəlif vandalizm növlərinin də BDAK nəşrlərində ətraflı şəkildə əks olunmasının gözlənildiyini qeyd edib, belə qeyri-insani hərəkətlərin təkcə Azərbaycan xalqının deyil, bu məsələlərə həssas yanaşan bütün cəmiyyətlərin dini-mənəvi dəyərlərinə ağır zərbə vurduğunu nəzərə çatdırıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://apa.az
archiveBu xəbər 27 Fevral 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri