Icma.az
close
up
RU
Статья не опубликована
Elşad Məmmədov: “Neftin qiyməti düşsə də, Azərbaycanın valyuta sabitliyi üçün real risk görünmür”

Elşad Məmmədov: “Neftin qiyməti düşsə də, Azərbaycanın valyuta sabitliyi üçün real risk görünmür”

Aznews.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hazırkı geosiyasi və makroiqtisadi qeyri-müəyyənliklər fonunda enerji daşıyıcılarının qiymətlərində dalğalanmalar dünya iqtisadiyyatına təsir göstərməkdə davam edir. Neft gəlirlərindən əhəmiyyətli dərəcədə asılı olan ölkələr, o cümlədən Azərbaycan üçün bu prosesin fiskal dayanıqlılıq və valyuta bazarına mümkün təsirləri aktual suallardan biridir.

Mövzu ilə bağlı “Report”un suallarını cavablandıran iqtisadçı-professor Elşad Məmmədov neftin qiymətində baş verə biləcək enişlərin milli iqtisadiyyata, o cümlədən manatın məzənnəsinə təsir mexanizmlərini izah edib, Azərbaycanın mövcud risklərə qarşı hansı maliyyə və institusional imkanlara malik olduğunu dəyərləndirib.

- Hazırkı geosiyasi və makroiqtisadi şəraitdə neft qiymətlərinin enməsi ölkə iqtisadiyyatında fiskal dayanıqlılığa və valyuta bazarındakı sabitliyə necə təsir göstərə bilər?

- Azərbaycanda makroiqtisadi dayanıqlıqda neft amili həlledici rol oynayır – bu, həm dövlət büdcəsinin gəlirləri, həm də ixracdan daxil olan valyuta axınları baxımından belədir. Bu səbəbdən neft qiymətlərinin enməsi, xüsusilə də kəskin və uzunmüddətli ucuzlaşma ssenariləri iqtisadi sabitliyə müəyyən təzyiqlər yarada bilər. Məhz bu riskləri nəzərə alaraq Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafı, yerli istehsalın artırılması və idxalın əvəzlənməsi istiqamətində konkret tapşırıqlar verib.

Fikrimcə, dayanıqlı iqtisadi model qurmaq üçün yerli məhsul istehsalına investisiyaların artırılması əsas prioritetlərdəndir. Bu həm idxaldan asılılığı azaldacaq, həm də ixrac strukturunun şaxələndirilməsinə şərait yaradır.

Hazırda beynəlxalq bazarlarda müşahidə olunan qeyri-müəyyənliklər fonunda neft qiymətlərində dalğalanmalar baş verir və neft gəlirlərindən müəyyən dərəcədə asılı ölkə kimi bu bizi diqqətli olmağa vadar edir. Bununla belə, Azərbaycanın həm institusional idarəçilik təcrübəsi, həm də iri həcmli maliyyə ehtiyatları mövcuddur ki, bu da riskləri neytrallaşdırmaq imkanlarını artırır.

Hazırkı mərhələdə neftin qiymətinin ölkənin tədiyə balansının cari əməliyyatlar hesabında kəsir yaratmaq səviyyəsinə düşməsi ehtimalı azdır. Müvafiq ekspert hesablamalarına görə, bu hədd (neftin qiyməti) 45 ABŞ dolları civarındadır. Halbuki, hazırda neftin qiyməti 65 ABŞ dolları səviyyəsindədir və 2025-2026-cı illərdə orta hesabla 70 ABŞ dolları ətrafında qalacağı proqnozlaşdırılır. Bundan əlavə, son illər təbii qazın ixracda çəkisi artıb - 2024-cü ildə bu rəqəm 26,7 %-ə çatıb. Qazın qiymətinin 2025-2026-cı illərdə ən pessimist halda belə 220–230 ABŞ dolları ətrafında olacağı gözlənilir.

Digər vacib məqam - neft gəlirləri birbaşa büdcəyə yox, Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) yönəlir və oradan dövlət büdcəsinə transfertlər vasitəsilə istifadə olunur. Bu transfertlərin həcmi neftin cari qiymətlərindən asılı olaraq dərhal dəyişmir. 2025-ci il üzrə ARDNF-dən büdcəyə transfertlər 8,5 milyard ABŞ dolları həcmində nəzərdə tutulub. Buna görə də dövlət büdcəsinin icrasında hər hansı ciddi problem gözlənilmir. Müşahidələr göstərir ki, bu il valyuta bazarındakı təklif də tələbi ödəmək üçün kifayət qədərdir.

Onu da qeyd edək ki, əgər pessimist ssenarilər reallaşarsa, ölkədə mövcud olan makroiqtisadi siyasət alətləri vasitəsilə adekvat müdaxilə imkanları mövcuddur. Mərkəzi Bankın pul siyasətinin ötürücülüyünün artması və arsenalındakı alətlərin effektivliyi də son illərdə gücləndirilib. Zərurət yaranacağı təqdirdə, bu alətlər vasitəsilə iqtisadi proseslərə çevik və məqsədyönlü müdaxilə edilə bilər.

- Neftin qiyməti kəskin aşağı düşərsə, manatın məzənnəsinə təzyiq ola bilərmi?

- Məlumdur ki, enerji daşıyıcılarının qiymət dəyişkənliyi valyuta bazarına birbaşa yox, dolayı yolla – tədiyə balansı və valyuta təklifi vasitəsilə təsir edir. Hazırda bazarda neftin qiyməti, ABŞ Enerji İnformasiya Administrasiyasının son proqnozlarına görə, 2025-ci ildə orta hesabla 68 ABŞ dolları, 2026-cı ildə isə 61 ABŞ dolları civarında olacaq. Halbuki, müvafiq hesablamalara görə, tədiyə balansının tarazlaşması üçün tələb olunan “zərərsizlik qiyməti” 40-45 ABŞ dolları intervalındadır. Bu isə o deməkdir ki, neftin qiymətində baş verən enişlər ortamüddətli dövrdə valyuta bazarına ciddi risk yaratmır.

Eyni zamanda, depozitlərin dollarlaşma səviyyəsi hazırda 30–35 % civarındadır ki, bu da əvvəlki illərlə müqayisədə daha sabit səviyyə hesab olunur. Mərkəzi Bank və hökumətin koordinasiyalı siyasəti sayəsində bu təzyiqlərin təsiri minimuma endirilib.

Bununla belə, Azərbaycanın kifayət qədər güclü maliyyə buferləri - yəni “təhlükəsizlik yastığı” mövcuddur. Bu səbəbdən, neftin qiymətində baş verən qısa müddətli enişlər valyuta məzənnəsinə ciddi təsir göstərməyəcək. Ölkənin strateji valyuta ehtiyatları ötən ilin sonuna 71 milyard ABŞ dollarına çatıb ki, bu da təxminən ÜDM həcmindədir və 30 aydan çox mal və xidmət idxalını qarşılamaq imkanına malikdir. Onu da qeyd edim ki, Azərbaycan ÜDM qədər valyuta ehtiyatlarına malik olan azsaylı ölkələrdən biridir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 14 Aprel 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see293

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see235

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see209

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see171

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see167

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see147

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see145

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see142

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see125

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124

Kəpəz Araz Naxçıvan ı bu qolla kubokdan kənarlaşdırdı Video

05 Dekabr 2025 00:49see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri