Icma.az
close
up
RU
Neftin qiyməti aşağı düşsə...

Neftin qiyməti aşağı düşsə...

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın 2026-cı il üçün icmal və dövlət büdcələrinin layihələri hazırlanarkən "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 65 ABŞ dolları götürülüb.  Bu, 2025-ci illə müqayisədə 5 ABŞ dolları azdır. Maliyyə Nazirliyindən bildirilib ki, əgər neftin qiyməti enərsə, mənfi təsirləri qarşılamaq üçün ehtiyat addımlar var.

Neft qiymətlərinin enməsi mühüm iqtisadi siqnaldır. Çünki ölkə gəlirlərinin böyük hissəsi enerji sektorundan formalaşır. Lakin son illərdə aparılan iqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafına yönəlik strategiyalar bu risklərin bir hissəsini azaldır. Dövlət büdcəsində neftin qiyməti ehtiyatlı proqnoz əsasında götürüldüyündən, qısamüddətli dalğalanmaların tam təsirini yumşaltmaq mümkündür.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, Əlcəzair, Küveyt, İraq, BƏƏ, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Oman və Rusiya sabit qlobal iqtisadi proqnozu və əlverişli cari bazar şərtlərini nəzərə alaraq, dekabr ayında neft hasilatını gündəlik 137 min barel artırmaq qərarına gəlib. Dekabrdan sonra mövsümilik səbəbindən səkkiz ölkə 2026-cı ilin yanvar, fevral və mart aylarında hasilatın artımını dayandırmağa qərar verib.  Razılaşma iştirakçıları təsdiqləyiblər ki, 1,65 milyon barel dəyişən bazar şəraitindən asılı olaraq tədricən, qismən tam bərpa oluna bilər. Müstəqil hesablamalara əsasən, OPEC+ ölkələrinin dekabr ayı üçün ümumi kvotası sazişi əvvəllər pozan ölkələrin  kompensasiya həcmləri nəzərə alınmaqla gündəlik 38,185 milyon barel təşkil edə bilər ki, bu da noyabr üçün elan edilmiş plandan 101 min barel çoxdur.

Onun fikrincə, hazırda dünya bazarındakı qiymətlərin monitorinqi göstərir ki, hansısa ciddi enmə yoxdur: "Çünki bazar iştirakçıları daha çox ABŞ və Çin arasındakı ticari münasibətlərə diqqət edirlər. Neftin qiymətinin 2026-cı ildə cari illə müqayisədə azalmağa meyilli olacaq. Ötən həftə Dünya Bankı 2025-2026-cı illər üzrə Brent markalı neftinin orta qiyməti ilə bağlı proqnozunu yeniləyib. Proqnoza əsasən, Brent neftinin orta qiyməti 2025-ci ildə 68 dollar səviyyəsində ehtimal edilir, 2026-cı ildə isə qiymətlərin 60 dollara qədər ucuzlaşacağı gözlənilir. Maraqlısı isə odur ki, Dünya Bankı ekspertləri gələn illə bağlı proqnozlarını artıq 2 dəfədir ki, dəyişməyiblər. Yəni neft qiymətlərinin ucuzlaşması ehtimalı hələ də yüksəkdir. Bu ehtimalı dünyanın tanınmış neft-qaz şirkəti olan "Shell"in baş direktoru Vael Savan üçüncü rübün nəticələrindən sonra keçirdiyi telekonfrans zamanı da təsdiqləyib. Gələn il qlobal neft bazarında təklif bolluğunun yaranması ssenarisi daha çox ehtimal edilir, lakin uzunmüddətli perspektivdə qiymətlərin artacağını gözləyir. Bu da səbəbsiz deyil, çünki yaşıl enerji dünyada yaşanan hazırkı gərginlikdən sonra qlobal iqtisadiyyatın artım templərini qarşılamağa yetərli olmayacaq".

Mövcud qiymət optimal deyil

Millət vəkili Vüqar Bayramov qeyd edib ki, dünya bazarında neftin qiymətində azalmalar gözlənilən idi və 2026-cı il üçün proqnozlar nikbin hesab olunmur. Aparıcı təşkilatlar tərəfindən neftin bir barrelinin qiymətinin 60 dollardan aşağı olacağı proqnozlaşdırılıb: "2026-cı ilin dövlət büdcəsində "Azərlayt" markalı neftin bir barrelinin qiyməti 65 dollar nəzərdə tutulub. Fikrimcə, neftin bir barrelinin qiymətinin 60 dollar müəyyənləşdirilməsi daha məqsədəuyğun olar. Mövcud qiymət optimal deyil. Neftin qiyməti 2026-cı ildə büdcədə nəzərdə tutulandan az olsa belə, büdcə dayanıqlılığı qorunacaq".

Neftin qiyməti aşağı düşsə, nə olacaq?

Maliyyə naziri Sahil Babayev gələn il büdcədə neftin 1 barelinin qiymətinin 65 dollardan götürülməsinə aydınlıq gətirib. Maliyyə naziri deyib ki, 22 beynəlxalq təşkilatın rəqəmlərindən ibarət hovuz var: "Bunlar əsasında illik neft qiymətini müəyyən edirik. Bütün proqnozlarda 22 təşkilatın konsensus qiyməti 65 dollardır. Bizim qoyduğumuz çərçivə konsensus qiymətlərindən bir az yuxarıdır. Neft aşağı düşsə, nə olacaq? Bu il ərzində neft qiyməti dəfələrlə aşağı düşüb. Amma 9 aylıq neftin satış qiymətinə baxanda müxtəlif dövrlərdə aşağı düşmələrə baxmayaraq, qiymət 72 dolların üzərində olub".

Sahil Babayev qeyd edib ki, Azərbaycanın neft gəliri olmasa, nə baş verəcəyi hər zaman sual olunur: "Bu gün qeyri-neft gəliri kəsrini 19 faizə endirə bilmişik. Bu, çox yaxşı dinamikadır. 2029-cu ilə bu baza kəsrimizin ÜDM-ə nisbətini 13 faizə gətirməyi planlaşdırırıq. Paralel olaraq, büdcənin sağlamlaşdırılması üçün atılan addımlarla qeyri-neft gəlirləri dövlət büdcəsi gəlirlərinin 57 faizi olacaq. Bütün bunlar iqtisadiyyatın inkişafının ən gözəl göstəricisidir. Biz bu gün vergi yükünü ciddi artırmamışıq. Biz qeyri-neft sektoru üzrə vergi yükündə ciddi artım etməmişik. Ölkəmizin neft qaz gəlirlərindən asılılığını minimuma endirməliyik".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Dekabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see342

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see305

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see301

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see296

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see268

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see247

“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” ŞƏRH

18 Avqust 2026 15:52see237

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see235

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see234

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see204

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see181

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see180

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see178

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see171

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see170

Bakıda 30 küçədə təmir işləri BİTDİ

18 Avqust 2026 19:15see168

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see167

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see160

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see152

Cingiz Qənizadə təsdiqlədi: “David Seliverstov”la tədbirdə iştirak etmişəm”

18 Avqust 2026 15:10see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri