Elşad Şirzadov: “Meydanda qardaşıma rəqib gözü ilə baxacağam”
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
“Sumqayıt”ın basketbolçusu Elşad Şirzadov Azərbaycan Basketbol Liqasının növbəti turunda “Sabah”la keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, o, bu barədə klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Basketbolçu komandanın mövsümə uğursuz başlamasına baxmayaraq, vəziyyəti düzəltmək gücündə olduğunu bildirib:
“Mövsümə yaxşı başlamamağımızın fərqindəyik. Bir qələbənin müqabilində üç dəfə məğlub olmuşuq. Amma narahat olmağa dəyməz, mövsüm uzundur. Biz öz səhvlərimizin üzərində işləyib daha yaxşı olmağa çalışacağıq. Əsas odur ki, məşqçi və oyunçu heyəti bir-birinə inanır! Qarşıdakı matçlarda daha yaxşı oynayacağıq!”
E.Şirzadov noyabrın 1-də qardaşı Şirzadla qarşılaşacağı oyunun onun üçün xüsusi əhəmiyyət daşıdığını da vurğulayıb:
“Sabah”la görüş mənim üçün çox vacib oyundur. Təbii ki, bu, həm də qardaşımla qarşılaşacağıma görədir. Amma biz meydandan kənarda qardaşıq. Meydanda bir-birimizə rəqib gözü ilə baxacağıq. Hər ikimiz öz komandamızın qələbəsi üçün mübarizə aparacağıq!”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 30 Oktyabr 2026 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















