Elton Con görmə qabiliyyətini itirdiyini açıqlayıb AZƏRTAC
London, 2 dekabr, AZƏRTAC
Məşhur britaniyalı müğənni Elton Con 77 yaşında görmə qabiliyyətini itirdiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, o, Londonda keçirilən və musiqisini bəstələdiyi yeni “The Devil Wears Prada” musiqili tamaşasının qırmızı xalça mərasimində səhnəni görə bilmədiyini, lakin tamaşadan zövq aldığını deyib. Müğənni iyul ayında Fransanın cənubunda tətil zamanı infeksiya nəticəsində sağ gözünün tamamilə görmə qabiliyyətini itirdiyini və sol gözündə yalnız məhdud görmə olduğunu deyib. Bu səbəbdən o, yeni albomunun ləngidiyini və studiyada işləməyin onun üçün çətin olduğunu vurğulayıb.
Müğənni həkimlərin və ailəsinin dəstəyi ilə sağalacağına ümid etdiyini bildirib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Baxış sayı:60
Mənbə:https://azertag.az
görmə qabiliyyətini
qabiliyyətini itirdiyini
77 yaşında
abbaslıazərtac ın
ailəsinin dəstəyi
albomunun ləngidiyini
aytən abbaslıazərtac
ayında fransanın
açıqlayıb azərtacxəbər
britaniyalı müğənni
bəstələdiyi yeni
con 77
cənubunda tətil
dekabr azərtacməşhur