Icma.az
close
up
RU
Elvin Cəfərquliyev: “Psixoloji cəhətdən çox rahat idik

Elvin Cəfərquliyev: “Psixoloji cəhətdən çox rahat idik

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Transfer məsələsi ilə bağlı danışmaq istəmirəm. Hazırda "Qarabağ"dayam və burada xoşbəxtəm. Mənim üçün hər şey yaxşıdır. Yenilik olarsa, hamı biləcək". Bu sözləri futbolinfo.az saytına açıqlamasında "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev deyib.

Müdafiəçi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Nyukasl"a 1:6 hesabı ilə məğlub olduqları görüşü belə şərh edib: "Bu məğlubiyyət barədə çox danışmağa ehtiyac yoxdur. Hər şey göz qabağındadır. Rəqibin ustalığı və futbolçuların keyfiyyəti bir daha göstərdi ki, Çempionlar Liqası necə yüksək səviyyəli turnirdir. Birinci hissədə həddindən artıq səhvlər etdik. Müdafiədə daha yaxşı, kompakt və sadə oynaya bilərdik ki, qapımızda bu qədər qol görməyək. Amma ikinci hissədə toparlanmağa çalışdıq. Komanda psixoloji baxımdan çətin vəziyyətdə idi, səhvlər ard-arda gəldi. Bu futboldur, belə hallar olur. İkinci hissədə komanda yoldaşlarımızla danışdıq ki, özümüzə gəlməliyik. Bu cür davam etmək olmazdı. Həmin hissədə fərqlənmək və irəli atılmaq istəyirdik. Stadiona gələn azarkeşlərimizə dəstəyə görə minnətdaram".

Futbolçu hakimlikdən narazı qalmadığını qeyd edib: "Psixoloji cəhətdən çox rahat idik. Bəlkə də buna görə belə oldu. Daha sadə oynasaydıq, bəzi qolları buraxmazdıq. Yenə də Azərbaycan bu səviyyədə oyun görməmişdi. Çempionlar Liqasının pley-off mərhələsinə qədər gəlib çıxmışıq. Azarkeşlər bizdən qələbə gözləyirdi, bu da başadüşüləndir. Növbəti oyunlarda onları sevindirəcəyik. Hakimlərlə bağlı danışmaq istəmirəm. Düşünürəm ki, o qədər də haqsızlıq olmadı".

Cəfərquliyev "İmişli" və "Şamaxı" ilə oyunların bu matça təsirindən də danışıb: "Bu görüşə qədər vaxtımız çox olsaydı, daha yaxşı hazırlaşa bilərdik. Quba stadionunda keçirilən oyunda futbolçular fiziki baxımdan çox yükləndi. Hazırda sıx qrafiklə çıxış edirik. Fasilə olsaydı, bu oyuna daha yaxşı hazırlaşardıq. Heç bir oyunun təxirə salınmasını istəmirik. Əslində, 3-4 gündən bir oyun keçirmək tempimizi qorumaq üçün yaxşıdır. Buna öyrəşməliyik. Stadionlarla bağlı problemlərimiz var və bu da öz təsirini göstərir".

Matçda komandasının yeganə qolunun müəllifi olan Cəfərquliyev şəxsi uğuru barədə də fikirlərini bölüşüb: "Pley-off mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu olduğum üçün çox qürurluyam. Kaş ki, qələbə olsaydı, o zaman sevincim daha böyük olardı. Amma bu nəticə ilə də özüm üçün müəyyən sevinc yaşayıram. Səfərdə bizi burdakından üçqat çətin oyun gözləyir – həm azarkeş, həm oyun, həm də yol baxımından. İlk növbədə psixoloji cəhətdən toparlanmalı, sonra isə bərpamızı sürətləndirməliyik. Ən azı həmin oyunda yaxşı oyun göstərməyə çalışacağıq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://sport24.az
archiveBu xəbər 19 Fevral 2026 03:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri