Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? meneceri son durumu açıqladı
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qurban Qurbanovun iki ay əvvəl “Qarabağ”ın əsas komandasından uzaqlaşdırdığı Elvin Cəfərquliyevin taleyi hələ də sual altındadı. Onun yeni mövsümə harda başlayacağı bilinmir, tərslikdən rəsmi təklif də yoxdu ki, iş yerini dəyişsin.
Bu yöndə hansısa dəyişiklik olubmu? Maraqlıdı, futbolçunun müqaviləsində sərbəstqalma bəndi varmı? Axı belədə Elvin özü həmin məbləği ödəməklə xidmətində maraqlı olan klublarla rahat danışa bilər. Ümumiyyətlə, o, hazırda hardadı?
Bütün bu məqamlarla bağlı məlumat almaq üçün müdafiəçinin meneceri Tural Əsgərliyə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Elvin hazırda ölkədə deyil, xaricdə dincəlir. Bugünlərdə qayıdacaq. Məşqə “Qarabağ”ın əsas komandasında başlamayacaq. Hələ bu məsələylə bağlı qərarda dəyişiklik yoxdu. Çox güman, olsa, klub tərəfindən açıqlanacaq. Bəli, rəsmi təklif də yoxdu. Yəqin ki, bu, bir çox çempionatda hələ “transfer pəncərəsi”nin açılmamasıyla bağlıdı. Bununla belə, Elvinin müqaviləsində sərbəstqalma maddəsi də yoxdu. Onsuz da bu bəndə az rast gəlinir, çox klub bunda maraqlı deyil. Olanda həmin məbləğ, adətən, çox böyük olur. Elvinin hazırda yeganə yolu rəsmi təklifin gəlməsi, həmin təklifin həm “Qarabağ”ı, həm də futbolçunu qane etməsidi”.
Xatırladaq ki, ağdamlıların Elvinlə müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 17 İyun 2026 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















