Icma.az
close
up
RU
Elxan Səmədov: Gözlərinin önündə olan bir klub nümunəsi var

Elxan Səmədov: Gözlərinin önündə olan bir klub nümunəsi var

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

PFL prezidenti Elxan Səmədovun Sport24.az-a müsahibəsi.
- "Qarabağ"ın "Nyukasl"la oyunları barədə fikirlərinizi bilmək istərdik...
- Dünyanın ən güclü liqasının təmsilçisi ilə oyunda nəinki "Qarabağ"ın, bütün klubların çətinliklər yaşaması normal haldır. Qurban bəyin də dediyi kimi ilk oyundakı zərbədən komanda yaxşı dərs çıxarmışdı. İlk iki qolun ötən oyundakından da tez vurulması belə çaşqınlıq yaratmadı ki, bunun özü alqışalayiq haldır. Komandamız sonadək vuruşdu. Reaksiyalardan da görünür ki, "Qarabağ" tək bizim deyil, dünyanın hər nöqtəsindən futbol həvəskarlarının rəğbətini qazandı. "Qarabağ"ın simasında hər bir futbol adamımız böyük təcrübə əldə etdi.
- Ağdamlıların cari avrokubok mövsümündə çıxışını necə qiymətləndirirsiniz?
- "Qarabağ" bizi avrokuboklarda qrup mərhələlərinə öyrəşdirib. Bu uğurun arxasında böyük əziyyət dayanır. Klubun prezidenti Tahir Gözəl başda olmaqla, baş direktor Əmrah Çəlikəl, İdarə Heyətinin üzvü Asif Əsgərov, baş məşqçi Qurban Qurbanov, ümumiyyətlə, komandanın hər bir üzvünə təbriklərimi və dərin təşəkkürümü çatdırıram. "Qarabağ" möhtəşəm nəticəyə imza atdı. Avropanın ən güclü 24 komandası arasında olmaq müzakirəsiz böyük uğurdur. Və ən əsası bu uğur zamanı tək "Qarabağ"ın deyil, ümumilikdə Azərbaycanın adı çəkilir ki, bununla da bu ölkəni sevən hər bir insan fəxr duyur, qürur hissi keçirir.
- Səmimi olmağınızı istəyirəm. Mövsümün əvvəlində siz belə nəticə gözləyirdiniz?
- Düzü püşkdən sonra ümidlərim böyük deyildi. Çünki komandalara baxdığınız zaman işin ağırlığı göz önünə gəlirdi. Amma "Qarabağ"ın ilk qələbəsindən sonra inandım. Hiss olunurdu ki, komandanın özü də rəqiblərə baxış fərqi qazandı. Çempionlar Liqasının məsuliyyəti qalsa da, ağırlıq üzərlərindən atılmışdı. Klubdakı hər kəs sanki hədəfin mümkünsüz olmadığını real qəbul etdi.
- Qarşıdakı illərdə Azərbaycan klubları bu nəticəni göstərə bilərmi?
- Bizə yalnız ümid etmək qalır. Hər zaman klublarımıza inanmışam. Bu gün "Qarabağ"la başabaş oynayan, hazırda xal fərqində ondan öndə olan "Sabah" nümunəsi var. Ardıcıl avrokuboklara vəsiqə qazanan "Zirə", dirçələn "Turan Tovuz", "Neftçi"ni görürük. "Araz Naxçıvan", "Sumqayıt" beynəlxalq turnirləri yaxınlarda "dadıblar". Yəni təbii ki, "Qarabağ"ın bugünkü nəticəsini qəfil əldə etmək çox çətindir. Buna zaman və səbr lazımdır. Amma ən azı klublarımız üçün hər mövsüm qarşılaşdıqları və gözlərinin önündə olan bir klub nümunəsi var. Hər biri üçün mümkün olduğuna böyük inamım var.
- Neçə ildir avrokubokların əsas mərhələlərində yalnız bir klubla təmsil olunuruq. Növbəti mövsüm bu sayı artıra biləcəyik?
- Gələn mövsüm bu sayın ən azı 2 olacağına çox inanıram. Komandalarımızın əvvəllər qrup mərhələlərində oynaması, pley-offdan qayıtması bu yolun yenidən gedilməsinin mümkünlüyünü göstərir. Yəni təcrübəmiz var. Sadəcə bir az da diqqətli olub sona çatdırmaq lazımdır

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://sport24.az
archiveBu xəbər 27 Fevral 2026 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri