Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Elza Seyidcahandan çağırış: Toylarda mənim mahnılarım oxunsun

Elza Seyidcahandan çağırış: Toylarda mənim mahnılarım oxunsun

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Mədəniyyət naziri Adil Kərimli yerli mediaya müsahibəsində bildirib ki, Azərbaycan toyları mədəniyyətin ayrılmaz hissəsi olmaqla yanaşı, milli incəsənətin təbliği üçün də mühüm platforma hesab olunur. Nazir qeyd edib ki, toy məclislərində Üzeyir Hacıbəylinin və Azərbaycan bəstəkarlarının musiqilərinə daha çox yer verilməlidir.

Mövzu ilə bağlı Modern.az-a danışan əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan bildirib ki, bu fikirlərlə tam razıdır:

“Ümumiyyətlə, mən bu fikirlə bəli, əlbəttə ki, razıyam. Çünki Üzeyir Hacıbəylinin simasında bizim bəstəkarlarımız silsiləsi davam edir. Kino filmlərdən, tamaşalardan gözəl mahnılar, xalq mahnılarımız var ki, artıq onlar bəstəkar mahnılarına çevrilmiş kimi böyük əsərlərdə istifadə olunur. Niyazi kimi böyük dirijorumuz, Fikrət Əmirov kimi bizim bəstəkarımız xalq mahnılarından öz əsərlərində istifadə edib və biz də bu ənənəni davam etdiririk”.

“Mən də bu yaxında “Sarı gəlin” mahnısını bir kompozisiyamda istifadə etmişəm. Hər zaman mən xalq mahnılarımıza, folklorumuza müraciət edirəm”.

Elza Seyidcahan bildirib ki, toy məclislərində bayağı və mənasız mahnıların çoxalması musiqi zövqünü korlayır:

“Toylarda lazım deyil yeni-yeni, üzr istəyirəm, yersiz, mənasız mahnıları “yeni mahnı” adı ilə camaata təqdim edib onların zövqünü korlamaq. Elə bizim mahnı kitablarımız var ki, orada bəstəkarların çox gözəl mahnıları var. Onları yeni aranjimanlarda oxusalar, çox gözəl səslənər”.

“Bugünkü gündə mən süni zəkaya baxıram ki, bizim bəstəkar mahnılarımızı onlar hazırlayırlar. Süni zəka belə bizim bəstəkar mahnılarımızı sevə-sevə oxuyur. Amma bəzi özünü müğənni adlandırmaq istəyənlərin nə musiqi savadı var, nə auditoriya savadı”.

Əməkdar artist toy mərasimlərindəki bəzi şou elementlərini də tənqid edib:

“Misal üçün, açılışı bir dənə vağzal havası ilə gəlinlə bəy daxil olsa və yaxud da Üzeyir Hacıbəylinin operettalarından gözəl açılışlarla olsa. Çox aşırı dərəcədə bunu edirlər. Qılınclarla, fəşəklərlə, darambultu ilə. Sanki gəlin elə bil davaya gəlir. Oğuz elidir, gələcək burada kəsib-doğramağa”.

“Toyun içində mənə elə gəlir ki, bu qədər aşırılıq insanları yorur”.

Elza Seyidcahan bildirib ki, bəzi toy məclislərində Azərbaycan bəstəkarlarının əsərləri arxa plana keçirilir:

“Daha çox rus bəstəkarlarının, dünya bəstəkarlarının, Avropa bəstəkarlarının əsərlərinə rəqslər qururlar. Adətən öz bəstəkarlarının mahnılarını ikinci plana keçirirlər. Məncə bunu da nəzərə almaq lazımdır”.

Sənətçi “Vağzalı”nın toyların himni olduğunu vurğulayıb:

“Vağzal mütləq toyda olmalıdır. Çox heyfsilənirəm ki, bəzi gənclər düşünür ki, vağzal artıq o biri dönəmdə qaldı. Heç də yox. Bir gəlin ki, vağzal ilə zala daxil olur, o vağzal havası həmişə o gəlini qoruyacaq, onun dayağı olacaq, onun isməti olacaq, onun xanımlığı olacaq”.

“Vağzal havasında o qədər fəlsəfə var ki, o qədər duyğu var ki, o qədər xeyir-dua var ki. Mən çox məyus oluram ki, bəzi gənclər vağzal ilə yox, tamam başqa bizim aidiyyatımız olmayan mahnılarla daxil olurlar. Toy ömürdə bir dəfə olur. Vağzal gəlinin, bəyin himnidir, onların loqosu, emblemi, rəmzidir”.

Əməkdar artist bəzi gənclərin “müasirlik” anlayışını da tənqid edib:

“Az qalıb ki, gəlinlər evdən də vağzal ilə çıxmasınlar, Çarlestonla çıxsınlar. Elə bilirlər ki, vağzal köhnəlikdir. Yox, müasirlik bu deyil”.

Sənətçi qeyd edib ki, özü də toy mərasimləri üçün müxtəlif mahnılar bəstələyib:

“Mən “Gəlinimiz” mahnısı bəstələmişəm. Bayatılardan “Haqışda” mahnısı bəstələmişəm. Bəy üçün “Bəylər bəyi” yalısı bəstələmişəm. Gəlin üçün “Ağ çiçəyim”, “Mehriban gəlin” mahnıları bəstələmişəm”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 May 2026 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see636

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see437

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see435

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see401

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see385

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see381

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see342

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see281

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see266

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see264

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see246

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see242

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see228

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see228

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see224

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see223

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see219

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see219

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see214

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri