ƏMAS da kvota üzrə iş yerlərinin idarə olunması üçün də yeni funksionallıq yaradılıb
Icma.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) aparılan təkmilləşdirmələr çərçivəsində bu e-sistemdə kvota üzrə iş yerlərinin idarə olunması üçün də yeni funksionallıq işə salınıb.
Belə ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər (əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, 20 yaşadək gənclər, 1 və ya daha çox uşağını təkbaşına böyüdən, 5 və daha çox uşağı olan, habelə əlilliyi olan uşaqları tərbiyə edən valideynlər və b.) barədə məlumatlar ƏMAS-a inteqrasiya edilib.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Bununla da işəgötürənlər artıq real vaxt rejimində:
- öz şəxsi kabinetlərindən kvota ilə bağlı bütün məlumatları izləmək, kvota üzrə iş yerləri üzrə prosesi daha operativ idarə etmək,
- müəssisələri üçün ayrılmış kvota iş yerlərinin sayını, icra vəziyyətini ƏMAS vasitəsilə görmək,
- cari kvota üzrə iş yerlərinə münasibətdə öhdəlikləri barədə tam məlumat əldə edə bilmək imkanı qazanıblar. Eyni zamanda, e-sistem kvota iş yerləri üzrə müraciət edən şəxslər barədə operativ məlumatların alınmasını təmin edir və vətəndaşların sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər kateqoriyasına uyğunluğunu avtomatik təsdiqləməyə imkan verir.
Kvota üzrə iş yerlərinin icrası ilə bağlı planlaşdırma, hesabatlılıq və idarəetmə prosesləri də daha səmərəli şəkildə həyata keçiriləcək.
Bu yeni funksionallıq kvota öhdəlikləri ilə bağlı müəssisədaxili məlumatlılığın artmasına və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluq imkanlarının genişlənməsinə mühüm töhfə verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 08 Dekabr 2025 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















