Icma.az
close
up
RU
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib

Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 4 iyun, AZƏRTAC

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda aparılan tədqiqatlar nəticəsində əmək bazarının İKT profilli mütəxəssislərə tələbi öyrənilib, ali təhsil proqramlarının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, aparılan təhlillər əsasında son illərdə bir sıra ixtisaslar yenilənib, proqram mühəndisliyi, kompüter mühəndisliyi, data analitikası, kibertəhlükəsizlik və digər yeni ixtisaslar tədris proqramlarına daxil edilib. Mütəxəssislərin fikrincə, rəqəmsallaşmanın sürətlənməsi bəzi ənənəvi ixtisasların aktuallığını azaltmaqla yanaşı, yeni peşələrin yaranmasına səbəb olur. Bu isə innovativ düşüncəli və yüksəkixtisaslı kadrların hazırlanmasını zəruri edir. Buna görə də ali təhsil proqramlarının məzmunu mütəmadi yenilənməli, beynəlxalq təcrübə və əmək bazarının tələbləri nəzərə alınmalıdır.

Tədqiqatçılar qeyd edirlər ki, rəqəmsal transformasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində qarşıya qoyulan strateji hədəflərin icrası İKT üzrə peşəkar kadr hazırlığından birbaşa asılıdır. Bu baxımdan əmək bazarının mütəmadi monitorinqi və təhlili mühüm əhəmiyyət daşıyır.

Rəqəmsallaşma bütün sahələri əhatə etdiyindən səhiyyədə də yeni ixtisaslara ehtiyac yaranıb. Xüsusilə rəqəmsal tibb və elektron səhiyyə sistemlərinin inkişafı tibbi informatika üzrə mütəxəssislərə tələbatı artırıb. Eyni zamanda, İKT və süni intellekt texnologiyalarının geniş tətbiqi kibercinayətkarlıq risklərini artırdığından informasiya hüququ, rəqəmsal kriminalistika və kibertəhlükəsizlik kimi ixtisaslar daha da aktuallaşır.

Mütəxəssislər hesab edirlər ki, rəqəmsal bacarıqların inkişafı üçün fasiləsiz təhsil, ixtisasartırma və yenidən hazırlıq proqramlarının genişləndirilməsi vacibdir. Onların sözlərinə görə, dövlət səviyyəsində həyata keçirilən təşəbbüslər, o cümlədən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” ölkədə kadr potensialının gücləndirilməsinə mühüm töhfə verir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2026 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri