Icma.az
close
up
RU
“Əmək Məcəlləsi müasir tələblərə uyğunlaşdırılıb” Hüquqşünas Prezidentin Fərmanından danışdı

“Əmək Məcəlləsi müasir tələblərə uyğunlaşdırılıb” Hüquqşünas Prezidentin Fərmanından danışdı

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


“Beynəlxalq Əmək Təşkilatının 156 və 131 nömrəli konvensiyalarına, eləcə də beynəlxalq təcrübəyə uyğun olaraq hazırda qüvvədə olan əmək qanunvericiliyinin təkmilləşdirilməsi, həmçinin işçi hüquqlarının müdafiə mexanizmlərinin gücləndirilməsi, əmək münasibətlərində sosial yönümlü və çevik hüquqi tənzimləmənin daha geniş tətbiqi, eləcə də müasir tələblərə uyğun yeni anlayışların qanunvericiliyə əlavə olunması məqsədilə Əmək Məcəlləsinə dəyişikliklər edilib”.

Bu sözləri Bakupost.az -a açıqlamasında hüquqşünas Etibar Qarayev Prezident İlham Əliyevin Fərman ilə Əmək Məcəlləsinə edilən dəyişikliklər barədə danışarkən deyib.

“Qısa olaraq həmin dəyişikliklərə nəzər salsaq, Beynəlxalq Əmək Təşkilatının 156 nömrəli Konvensiyasının tələblərindən irəli gələrək Məcəllənin 3-cü maddəsinə “ailə vəzifələri olan işçi” anlayışı əlavə olunub. Həmçinin Beynəlxalq Əmək Təşkilatının 131 nömrəli Konvensiyasına uyğun olaraq əmək məcəlləsinə minimum əməkhaqqı anlayışı yeni redaksiyada daxil edilib. Yeni redaksiyada “yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativ kimi əməkhaqqı məfhumuna hüquqi anlayış verilib”, – deyə E.Qarayev bildirib.

Hüquqşünas qeyd edib ki, minimum əməkhaqqı anlayışının yeni redaksiyası məhz Beynəlxalq Əmək Təşkilatının 131 nömrəli Konvensiyasının 3-cü maddəsinə uyğunlaşdırılıb:

“Əlavə olaraq, Məcəllənin 3-cü maddəsində istifadə olunan anlayışlar sırasına “ezamiyyət” anlayışı da daxil edilib. Belə ki, məcəllənin əvvəlki redaksiyasında işəgötürənin işçinin xidməti tapşırıqlarının yerinə yetirilməsi zərurəti ilə əlaqədar ezamiyyətə göndərilməsi və bu zaman işçinin ezamiyyət xərclərini almaq hüququ tam şəkildə əks olunmamışdı. Artıq yeni redaksiyada əks olunan normaya əsasən, işəgötürən işçini ezamiyyətə göndərə bilər və bu halda işçinin razılığı tələb olunmur.

Həmçinin “məsafədən iş” (distant iş) anlayışı da məcəlləyə əlavə edilib. Məcəllənin əvvəlki redaksiyasında məsafədən işləyən şəxslərin əmək hüquqları və onların işəgötürənlə əmək münasibətlərinin tənzimlənməsində müəyyən çətinliklər mövcud idi. Yeni dəyişikliklərə əsasən isə həm məsafədən işin hüquqi anlayışı müəyyən edilib, həm də əmək müqaviləsinin şərtlərinin tərəflərin razılığı ilə müəyyən olunması öz əksini tapıb.

Dövlət büdcəsi ilə maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi ilə bağlı müəyyən məsələləri tənzimləmək, eləcə də təcrübədə yaranmış problemləri aradan qaldırmaq məqsədilə 70-ci maddənin “e” bəndinə əsasən xitam verilməsi məsələləri yeni redaksiyada tənzimlənib”.

Hüquqşünasın sözlərinə görə, Əmək Məcəlləsində “əmək müqaviləsinin ləğv olunması” və “əmək müqaviləsinə xitam verilməsi” ifadələrinə rast gəlinirdi ki, praktikada bunlar arasında hər hansı fərq olmaması səbəbindən qanunvericilikdə ikili ifadə kimi istifadə olunurdu:

“Yeni dəyişikliklərə əsasən artıq “ləğv olunması” ifadəsi çıxarılıb, yalnız “xitam verilməsi” ifadəsi saxlanılıb. İşçilərin müqaviləsinə xitam verilməsi zamanı müəssisənin ləğv olunma əsası mövcud idi ki, artıq bu ifadə dəqiqləşdirilib. Belə ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin işçilərinə həmin əsasla xitam vermək mümkün olmurdu. Çünki bəzi hallarda fiziki şəxslər fəaliyyətlərini dayandırır, lakin onların fəaliyyətinin dayanması “müəssisənin ləğvi” ifadəsinə uyğun gəlmirdi. Yeni düzəlişlə bu uyğunsuzluq aradan qaldırılıb və “müəssisə ləğv edildikdə və ya fiziki şəxs işəgötürənin fəaliyyətinə xitam verildikdə” ifadəsi əlavə olunub.

Həmçinin, 3-cü maddədə “müəssisə” anlayışı daha da dəqiqləşdirilib, dövlət və bələdiyyə orqanlarının da həmin anlayışın əhatəsinə daxil olduğu təsbit olunub”.

E.Qarayev qeyd edib ki, dəyişikliklərdən biri də hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericiliklə Əmək Məcəlləsi arasındakı uyğunsuzluğun aradan qaldırılması məqsədi daşıyır:

“Belə ki, şəxs hərbi xidmət keçməsi ilə bağlı əmək müqaviləsinə xitam verdiyi zaman Əmək Məcəlləsinə əsasən ona aylıq orta əmək haqqının 2 misli miqdarında əmək haqqı ödənilməli idi. Lakin “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda bu 3 misli olaraq nəzərdə tutulurdu. Yeni dəyişiklikdə sözügedən qanunla uyğunsuzluq aradan qaldırılıb və həmin qanunun redaksiyasına uyğun yeni norma müəyyən edilib”.

Hüquqşünas əlavə edib ki, dəyişikliklərdə məzuniyyət hüquqlarına dair bir sıra yeniliklər də öz əksini tapıb:

“Bunlardan biri işçilərin əmək məzuniyyətindən istifadə edərkən onlara ödənilən məzuniyyət haqqının sonuncu əmək haqqından az olmamaqla ödənilməsidir. Belə ki, bəzi hallarda əmək məzuniyyəti hesablanarkən şəxsin aldığı məzuniyyət haqqı onun sonuncu əmək haqqından daha az çıxırdı. Bu halın aradan qaldırılması üçün məhz belə bir dəyişiklik edilib.

Digər bir məzuniyyətlə bağlı dəyişiklik isə 46 gün əmək məzuniyyətində olan işçilərin əhatə dairəsinin genişləndirilməsidir. Belə ki, Əmək Məcəlləsinin 120-ci maddəsinə uyğun olaraq xüsusi xidmətləri olan işçilərin əmək məzuniyyəti müddəti müəyyən edilib. Həmin maddədə Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar və digər oxşar kateqoriyalardan olan şəxslərə dair 46 təqvim günündən az olmayaraq məzuniyyət günü müəyyən edilib. Artıq yeni dəyişikliklərə əsasən 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan işçilərə də 46 təqvim günündən az olmayaraq əmək məzuniyyəti verilməsi hüququ təsbit olunub. Ümumilikdə bu maddə həmin kateqoriyaların əhatə dairəsinin genişləndirilməsi məqsədini daşıyır”.

Hüquqşünas qeyd edib ki, əvvəllər məzuniyyət günlərinin məzuniyyət dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri, ümumxalq hüzn günü və səsvermə günü ilə bağlı məsələlər tam tənzimlənməmişdi və yalnız həmin günlər məzuniyyət dövrünə təsadüf edərsə, müəyyən tənzimləmə tətbiq olunurdu:

“İndi isə yeni redaksiyada əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri – ümumxalq hüzn günü və səsvermə günü də məzuniyyət günləri hesab edilmir və ödənilmir. Həmçinin məzuniyyət müddəti həmin günlərin sayı qədər uzadılır.

Eyni zamanda, Qurban və Ramazan bayramları iş günü hesab olunmayan digər bayram günləri ilə üst-üstə düşdükdə və bu hal əmək məzuniyyəti dövrünə təsadüf etdikdə, üst-üstə düşən günlər bir gün hesabı ilə nəzərə alınır. Bu, əmək məzuniyyəti dövrünə düşən iş günü hesab olunmayan günlərə dair dəqiq tənzimləməni təmin edir”.

Etibar Qarayev sonda bildirib ki, ümumilikdə, Əmək Məcəlləsinə edilən dəyişikliklər həm beynəlxalq qanunvericiliyə və təcrübəyə uyğunlaşma, həm yeni əmək münasibətlərinin mürəkkəbləşməsindən irəli gələn düzəliş xarakterli yanaşma, həm də digər qanunvericilik aktlarının yeni Əmək Məcəlləsinə uyğunlaşdırılması məqsədini güdür.

Lalə,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 26 Yanvar 2026 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri