Icma.az
close
up
RU
Əmək münasibətləri və məşğulluq: müasir çağırışlar və rəqəmsal həllər Konfrans

Əmək münasibətləri və məşğulluq: müasir çağırışlar və rəqəmsal həllər Konfrans

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağdaşda konfrans keçirilib.

Bakupost.az xəbər verir ki, “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Əmək münasibətləri və məşğulluq: müasir çağırışlar və rəqəmsal həllər” mövzusunda keçirilən konfransda Ağdaş Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Orxan Hüseynzadə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və işəgötürənlər iştirak edib.

Konfransı giriş sözü ilə açan Ağdaş RİH-nin başçısı Orxan Hüseynzadə rayonda təşkil olunan bu konfransın əhəmiyyətini, əmək və məşğulluq sahəsində aparılan islahatlarla bağlı onların maarifləndirilməsində önəmini qeyd edib.

Sonra panel müzakirələr keçirilib. “Əmək münasibətləri və məşğulluq sahəsində yeniliklər və perspektivlər” mövzusunda keçirilən ilk paneldə O.Hüseynzadə, V.Quliyev və S.Əliyev spiker qismində çıxış edib, mövzu ilə bağlı sualları cavablandırıblar.

V.Quliyev son illər aparılan sosial islahatlar, bu islahatlar çərçivəsində Xidmətin həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Əmək münasibətlərinin rəsmiləşdirilməsi və bu münasibətlərin tənzimlənməsi üzrə qanunvericiliyə edilmiş son dəyişikliklərə əsasən tətbiq edilən yeni rəqəmsal həllərdən, onların işəgötürənlər və işçilər üçün yaratdığı imkanlardan bəhs edib.

Ötən il əməyin mühafizəsi sahəsində 57 milli standartın təsdiq edildiyi, əməyin təhlükəsizliyi üzrə yeni layihələrdən olan “Nümunəvi işəgötürən” layihəsinin regionlarda, o cümlədən Ağdaşda tətbiqindən gözlənilən faydaları sahibkarların diqqətinə çatdırılıb.

Bildirilib ki, əmək münasibətlərinin tənzimlənməsi və əməyin mühafizəsinin təmini istiqamətində edilən son qanunvericilik dəyişiklikləri, tətbiq edilən rəqəmsal həllər və başlanılan yeni layihələr işəgötürənlər tərəfindən əmək qanunvericiliyin pozulması hallarının qarşısının alınması üçün preventiv və proaktiv tədbirləri genişləndirir.

S.Əliyev Dövlət Məşğulluq Agentliyində yeni konsepsiyaya uyğun olaraq karyera məsləhətçisi institutunun yaradıldığını, mütəmadi olaraq karyera məsləhətçiləri ilə işəgötürənlərin görüşlərinin keçirildiyini, onların tələblərinin öyrənildiyini bildirib.

Qeyd edib ki, hazırda işəgötürənlərlə peşə hazırlığı, vakansiya bankı, əmək yarmarkalarının təşkili, birgə maliyyələşmə proqramı istiqamətində əməkdaşlıq edilir. Yaxın zamanda isə bu siyahıya kvotadan əlavə iş yerlərinin maliyyələşdirilməsi və məqsədli proqramlar da daxil ediləcək.

Konfransın ikinci paneli “Layiqli əməyin təmini: rəqəmsal həllər və yeni iş imkanları” mövzusunda olub. İlk olaraq Dövlət Əmək Müfəttişliyi Xidməti və Dövlət Məşğulluq Agentliyinin fəaliyyəti ilə bağlı təqdimatlar edilib, daha sonra suallar cavablandırılıb.

Tədbirdə, həmçinin əmək münasibətləri, əməyin mühafizəsi və məşğulluğa dair videoçarxlar nümayiş olunub.

Həmçinin sahibkarlarla birgə dəyirmi masa keçirilib, onları maraqlandıran suallar cavablandırılıb və təklifləri dinlənilib.











Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 28 Fevral 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri