Icma.az
close
up
RU
Lənkəranda “Dövlət din münasibətləri və müasir çağırışlar” mövzusunda regional konfrans keçirilir

Lənkəranda “Dövlət din münasibətləri və müasir çağırışlar” mövzusunda regional konfrans keçirilir

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Sentyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Lənkəranda “Dövlət-din münasibətləri və müasir çağırışlar” mövzusunda regional konfrans öz işinə başlayıb.

Tədbirdən öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbir iştirakçılarını salamlayan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, Azərbaycan dövləti tarixən milli-mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verib. Bu gün də möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə tolerantlıq və multikulturalizm ənənələri inkişaf etdirilir, müxtəlif dinlərin nümayəndələri üçün bərabər şərait yaradılır. Bu, həm dövlət siyasətinin əsas prioritetlərindən biridir, həm də cəmiyyətimizin sosial sabitliyinin və birliyinin mühüm dayağıdır. Lənkərandakı dini durum barədə də danışan Taleh Qaraşov qeyd edib ki, bölgə öz zəngin tarixi və dini irsi ilə seçilir. Burada yaşayan insanlar əsrlər boyu milli-mənəvi dəyərlərə sadiqlik göstərib, dini ənənələrini qoruyub saxlayıblar. Dövlətimizin qayğısı nəticəsində bu gün də bölgəmizdə dini ibadət yerlərinin bərpası, yenilərinin tikilməsi, gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində mühüm işlər görülür.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov vurğulayıb ki, müasir dövr dövlət-din münasibətlərinə tamamilə yeni çağırışlar gətirir. İnformasiya mübadiləsinin kəskin şəkildə sürətlənməsi və rəqəmsal platformaların gündəlik həyata daxil olması insanların düşüncə tərzinə, dünyagörüşünə, eləcə də dini və milli-mənəvi dəyərlərə baxışına təsir göstərir. Bu yeni reallıqlar fonunda əsas hədəf minilliklərdən süzülüb gələn milli kimliyi və dini irsi qorumaqdır. Komitə sədri bildirib ki, Azərbaycan nadir ölkələrdəndir ki, qlobal proseslərlə ayaqlaşaraq öz milli kimliyini qorumağın ən yaxşı modellərindən birini yaratmağa müvəffəq olub. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu din-dövlət münasibətləri modeli xalqımızın dini və milli ənənələrini qorumaqla yanaşı, onları çağdaş dünyaya uyğunlaşdırmağın yollarını göstərib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mütərəqqi təşəbbüsləri cəmiyyətimizin mənəvi dayaqlarını möhkəmləndirir, əxlaqi dəyərlərin qorunmasını təmin edir, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində və milli həmrəyliyin güclənməsində mühüm rol oynayır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən dini-mədəni irsin qorunması və multikultural dəyərlərin təbliği istiqamətində genişmiqyaslı layihələr icra olunur. Dövlət Komitəsinin sədri, eyni zamanda Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin milli-mənəvi birliyimizin bizim sarsılmaz güc mənbəyimiz olduğunu bir daha sübut etdiyini, dövlətin bu qələbə ilə yalnız ərazi bütövlüyünü bərpa etmədiyini, eyni zamanda milli-mənəvi dəyərlərin qorunmasını və gələcək nəsillərə çatdırılmasını özünün mənəvi missiyası elan etdiyini bildirib.

Ramin Məmmədov həmçinin, dini maarifləndirmənin həm ənənəvi, həm də rəqəmsal platformalarda gücləndirilməsinin, müasir çağırışlara uyğun yeni dini maarifçilik strategiyalarının formalaşdırılmasının önəminə toxunub. Bu istiqamətdə ziyalıların, din xadimlərinin, mütəxəssislərin və bütövlükdə cəmiyyətin hər bir üzvünün birgə səylər göstərməsinin zəruriliyini qeyd edib.

Regional konfrans işini panel iclasları ilə davam etdirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:36
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 30 Sentyabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see164

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see145

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see144

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see134

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see134

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri