Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Yüksək qan təzyiqi yaddaşı pozur

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Əmək müqaviləsini oxumadan imzalamayın XƏBƏRDARLIQ

Əmək müqaviləsini oxumadan imzalamayın XƏBƏRDARLIQ

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

İşə qəbul zamanı bir çox şəxs əmək müqaviləsini oxumadan imzalayır və sənəddə əks olunan şərtlərə diqqət yetirmir. Halbuki əmək müqaviləsi işçi ilə işəgötürən arasındakı münasibətləri tənzimləyən əsas sənəddir və tərəflərin hüquq və öhdəliklərini müəyyən edir.

Bəs əmək müqaviləsini imzalamazdan əvvəl oxumaq nə üçün vacibdir və işçilər hansı məqamlara xüsusi diqqət yetirməlidirlər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan əmək hüquqları üzrə ekspert Etibar Qarayevin sözlərinə görə, əmək müqaviləsini imzalamazdan əvvəl onun şərtləri ilə tanış olmaq mütləqdir:

"İşə qəbul zamanı əmək müqaviləsinin məzmununu oxumadan imzalanması sonradan əmək funksiyası, əməkhaqqı və digər şərtlər üzrə mübahisələrə səbəb ola bilər. Müqavilənin elektron şəkildə imzalanması məsələsi də məhz müqavilənin mətnini oxumadan imzalanmasına səbəb ola bilir. Müqavilənin nümunəvi formasının qanunvericiliklə müəyyən edilməsi, məzmun və şərtlərin işəgötürən tərəfindən hazırlanması hər bir müqavilənin bütün müddəalarının qanunvericiliyə tam uyğun olması demək deyil. Vəzifə və yerinə yetiriləcək işlər dəqiq müəyyən edilməlidir. “Digər tapşırıqları yerinə yetirmək” kimi ümumi ifadə işəgötürənə əmək funksiyasından kənar istənilən işi tələb etmək səlahiyyəti vermir".

Həmsöhbətimiz vurğuladı ki, əməkhaqqının məbləğinin, ödəniş müddətlərinin, əlavələrin və mükafatların verilmə qaydası yoxlanılmalıdır:

"Mükafatın təminatlı ödəniş, yoxsa müəyyən nəticələrdən və işəgötürənin qərarından asılı həvəsləndirmə tədbiri olduğunu dəqiqləşdirilməlidir. Müqavilənin müddətli və ya müddətsiz bağlandığını müəyyən edilməlidir. Daimi xarakterli işlər üzrə, Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilə müddətsiz bağlanmalıdır. Müddətli müqavilə təklif edildikdə onun hüquqi əsasını və bitmə tarixini dəqiqləşdirilməlidir. Sınağın tətbiqinə yol verilib-verilmədiyi və müddətinin qanuni hədlərə uyğunluğu yoxlanılmalıdır. Müqavilədə sınaq müddəti göstərilməyibsə, müqavilə sınaqsız bağlanmış hesab olunur; sonradan birtərəfli əmrlə sınaq müəyyən edilə bilməz".

Ekspert bildirdi ki, müqavilədə əlavə xitam halları nəzərdə tutulubsa, onların qanunvericiliyə uyğunluğu, tətbiq qaydası və ödənişlərə təsiri yoxlanılmalıdır:

"İşdənçıxarma müavinəti və digər təminatlar xitamın hüquqi əsasından asılı olaraq fərqlənə bilər. Məxfi məlumatların dairəsi, öhdəliyin müddəti və pozuntuya görə nəzərdə tutulan məsuliyyət dəqiqləşdirilməlidir. İşdən ayrıldıqdan sonra analoji vəzifə funksiyaları işlər üzrə başqa işəgötürəndə işləməyi məhdudlaşdıran şərtin müqaviləyə daxil edilməsi onun avtomatik olaraq qanuni və icrası məcburi olması demək deyil; belə şərt ayrıca hüquqi baxımdan qiymətləndirilməlidir. İş rejimi, istirahət günləri və məzuniyyət müddəti yoxlanılmalıdır. Şifahi razılaşdırılmış şərtlərin müqavilədə düzgün əks olunduğuna əmin olunmalıdır. Əmək Məcəlləsinin 43-cü maddəsinin 3-cü hissəsinə əsasən, müqavilə ilə işçinin qanunla müəyyən edilmiş hüquq və təminatlarının səviyyəsi azaldıla bilməz. İşçinin imzası qanuna zidd şərti qanuniləşdirmir.

İmzalamazdan əvvəl müqaviləni və istinad etdiyi sənədləri oxumaq üçün vaxt istəmək mümkündür. Aydın olmayan şərtlərə dair yazılı izahat almaq, razılaşdırılmış dəyişikliklərin mətnə daxil edilməsini tələb etmək və elektron imzalanmış nüsxəni saxlamaq tövsiyə olunur. Hüquqi nəticəsi aydın olmayan bəndləri imzalamazdan əvvəl hüquqşünasla müzakirə edə bilərsiniz".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Oktyabr 2026 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see391

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see344

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see312

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see289

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see256

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see251

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see244

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see243

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see239

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see230

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see220

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see216

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see210

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see199

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see190

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see189

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see188

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see178

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see169

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri