Icma.az
close
up
RU
Əmək pensiyaları ötən ilə nisbətən aşağı rəqəmlərlə müşahidə olunacaq

Əmək pensiyaları ötən ilə nisbətən aşağı rəqəmlərlə müşahidə olunacaq

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Azərbaycanda 2025-ci ilin iqtisadi gözləntiləri keçən ildən elədə ciddi fərqlənməyək. Ötən il minimum əmək haqqı və pensiya sabit saxlanılmışdı, amma bu il minimum əmək haqqı 280 manatdan 300 manata, daha sonra isə 345 manatdan 400 manata qaldırıldı. Minimum əmək haqqının artırılması vahid ştat cədvəlində aşağı səviyyədən birinci yerdədir. Məsələn 5 ci kateqoriya keçən il heç 400 manata çatmırdısa, indi 1-ci kateqoriya 400 manata çatıb və artıq 5 ci kateqoriya 450-460 manata çatmalıdır. Dövlət büdcəsindən əmək haqqı alan bütün vətəndaşlarımız üçün 12-14 faiz arası artım gözlənilən olacaq. Bunlar olmalıdır ki, minimum əmək haqları birinci yerdə qala bilsin". Bu sözləri Liberal İqtisadçılar mərkəzinin sədri Akif Nəsirli SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, biz digər ştat cədvəlindəki kateqoriyalara əlavələr etməsək, o zaman əmək haqqı 6-7-ci kateqoriyalara gedib çıxacaq:"Bu isə ümumiyyətlə metodologiyanın dəyişməsinə gətirib çıxaracaq. Mən hesab edirəm ki, büdcə təşkilatlarından əmək haqqı alan vətəndaşlarımız üçün 12-14 faiz artacaqdır. Digər tərəfdən əmək pensiyalarının indeksasiyası ötən ilə nisbətən bir qədər aşağı rəqəmlərlə müşahidə olunacaq. Keçən il indeksasiya 11 faizə bərabər idi, amma bu il 8 faizə bərabər olması gözlənilir. Çünki bu orta aylıq əmək haqqının artım tempinə əsasən hesablanır, son 1 ildə orta aylıq əmək haqqı 8 faiz artıb. Digər göstəricilərdən minimum ehtiyac meyarı və səbətidə müəyyən qədər artıb. Bu göstəricilərin artması ünvanlı sosial yardımın orta məbləğinin yüksəlməsinə gətirib çıxaracaq. Bununla yanaşı qarşıdakı 2025-ci il müəyyən risklərlə müşahidə oluna bilər. Dövlət büdcəsində neftin qiyməti 70 dollar götürülüb, hal-hazırda isə qiymət 70 dolların üzərindədir. Büdcə müzakirələri zamanı neftin qiyməti 73 dollar idi, indi isə 78 dollara qalxıb. Amma məsələ burasındadır ki, dünyada gedən geosiyasi proseslər bu rəqəmin, yəni dövlət büdcəsində neftin qiymətinin 70 dollar götürülməsi riskini artırır. Hesab edirəm ki, ilin ikinci rübündən sonra yaxud sonlarına yaxın neftin qiyməti kəskin ucuzlaşa bilər. Buda dünyada gedən geosiyasi proseslərdən asılı olacaqdır". Həmçinin iqtisadçı "İlin büdcədən asılı olmayan, iqtisadiyyata təsir edən amillərdən biri qışın zəif keçməsidir. Yəni qışın mülayim keçməsi torpaqda zərərvericilərin artmasına səbəb olur və erkən yazda dərhal bitkiçiliyə zərər vuracaq. Qarşıdakı həftələrdə və aylarda qar yağmasa, şaxta düşməsə kənd təsərrüfatı üçün imtahan ilinə çevriləcək. Buda məhsuldarlığın aşağı olmasına, kənd təsərrüfatı məhsullarının qıtlığına səbəb ola bilər. Bunlardan başqa Azərbaycan iqtisadiyyatında hər hansı bir yeniliyin olacağına ümid etmirəm. Amma bir məsələnidə qeyd edim ki, ötən il keçirilən Cop29-dan sonra alternativ enerji mənbələrinə meyil, onların inkişaf etdirilməsi hiss olunur. Bu il büdcədən həmin məsələyə xeyli vəsait ayrılıb" - deyə əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Yanvar 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri