Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Əmək pensiyalarında artım 9 faiz ətrafında olacaq

Əmək pensiyalarında artım 9 faiz ətrafında olacaq

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Ötən ilin ortalarından demək olar ki,hər gün “pensiyaçılara şad xəbər” başlığı altında məlumatlar tirajlanır ki, tezliklə pensiyalar artırılacaq.Bu barədə bizə suallar veriləndə bildirmişdik ki,qanunvericiliyə görə pensiyalar ildə bir dəfə artır və bu da tezliklə yox,növbəti ilin yanvarında olur.
Əmək pensiyalarının hər il indeksləşdirilməsi “Əmək pensiyaları haqqında” Qanunun tələbidir.Yəni bu,vətəndaşın qanunla müəyyənləşdirilmiş şəkildə haqq etdiyi bir məsələdir. Nəhayət qanunla müəyyənləşdirilmiş qaydada pensiyaların artırılması zamanı gəlib çatıb. Fevral ayının birinci dekadası ərzində pensiyaların nə qədər artırılacağı barədə sərancam veriləcək.Ona görə 2026-cı ilin pensiya artımları barədə bizə olan çoxsaylı müraciətləri sistemləşdirərək “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun olaraq qaldırlan həmin qəbildən olan suallara məhz indi cavab veririk:
“Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinin 1-ci bəndinin tələblərinə görə, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Bu o deməkdir ki,pensiyaların artımı Dövlət Statistika Komitəsi tərəfindən elan edilən əvvəlki il üzrə orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq həyata keçirilir.
Bunu əsaslandırmaq üçün əvvəlcə ondan başlayaq ki, ötən il,yəni 2025-ci ildə əmək pensiyaları Dövlət Statistika Komitəsinin elan etdiyi 2024-cü ilin orta aylıq əmək haqqı məbləğinin nominal artım göstəricisinə uyğun olaraq 8,1 faiz artırılmışdı. Həmin qayda ilə bu il də əmək pensiyaları bu dəfə 2025-ci ildə orta aylıq əmək haqqının orta artım tempinə uyğun səviyyədə indeksləşdiriləcək.Hələlik bu artımın dəqiqləşdirilmiş son göstəricisi yoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, orta əmək haqqı 2025-ci ilin yanvar-noyabr aylarında 2024-cü ilin yanvar-noyabr aylarına nisbətən 9,3 faiz artıb.Bununla belə rəsmi açıqlamalarda hələlik 9-9,2 faiz arasında artım olacağı barədə fikirlər səsləndirilir.Artımın gerçəkdən neçə faiz olacağı barəda konkret rəqəm gələn həftə,yəni fevral ayının əvvəllərində məlum olacaq. Dövlət Statistika Komitəsi 2025-ci il üzrə nominal əmək haqqının orta illik artım tempini elan edən kimi, həmin göstəriciyə uyğun olaraq 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması barədə fevralın əvvəllərində xüsusi prezident cərəncamı verilək.
“Pensiya artımlarının konkret məbləği” ilə bağlı sualları sistemləşdirərək təxmin etmək olar ki,indeksləşdirmədən sonra ötən il pensiyaçıların yaraıya qədərinin median pensiya səviyyəsində,yəni 360 manat ətrafında aldığı pensiyalar təqribən 33 manat artıb 393 manata, 543 manat elan edilən orta pensiya ətrafında pensiya alanların pensiyası isə 50 manat ətrafında artıb 593 manata çatacağı gözlənilir.
“2026-ci ildə nəzərdə tutulan pensiya artımlarının kimlərə şamil olunacağı” barədə suala cavab olaraq bildiririk ki,“Əmək pensiyaları haqqında” Qanunun tələbinə uyğun olaraq pensiya artımı əmək pensiyalarının hər üç növünə, yəni yaşa görə, ailə başçısını itirməyə görə, eləcə də əlilliyə görə əmək pensiyası alanlara şamil ediləcək.Bu əsasda pensiya artımının 1,1 milyon pensiyaçını əhatə edəcəyi gözlənilir.
“Niyə pensiyaçılar bu ilin yanvar ayında pensiyalarını artımla ala bilmədilər“ və ya “Pensiyaçılar artan pensiyalarınə nə vaxt ala biləcək” kimi suallara cavab olaraq bildiririk ki,hələ 2025-ci il üzrə əmək haqqının orta illik artım göstəricisi məlum olmadığından, pensiyaçılar bu ilin yanvar ayında da əvvəlki məblığdə pensiya aldılar.Pensiyaçılar artan pensiyalarını yanvar ayının artımı da daxil olmaqla yanvar-fevral ayları üzrə artan məbləği birlikdə fevral ayında alacaqlar.Yəni pensiyası 400 manat olan pensiyaçının pensiyası 37 manata yaxın artaraq 437 manata çatacaq.Amma o fevralda həm yanvar və həm də fevral ayının artmlarını birlikdə almaqla 474 manat alacaq.Növbəti aydan,yəni martdan başlayaraq isə 437 manata yaxın pensiya alacaq.
“Vətəndaşların fərdi hesabında olan pensiya kapitalının nə qədər artacağı” barədə suallara cavab olaraq bildiririk ki,“Əmək pensiyaları haqqında” Qanunun 29.1-1 maddsinin tələblərinə görə sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin,yəni inflyasıyanın illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir.Bu əsasda ötən il,yəni 2025-ci ildə fərdi şəxsi hesablardakı pensiya kapitalları rəsmi inflasiya göstərici kimi qeydə alınmış 2,2 faiz səviyyəsində indeksləşdirilərək artırılmışdı.Sözügedən qanuna əsasən,2026-cı ildə sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 2025-ci ilin rəsmi inflyasiya göstəricisi səviyyəsində indeksləşdiriləcək.Bu rəqəm artıq məlumdur: 2026-cı ildə sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 5,6 faiz səviyyəsində indeksləşdiriləcək. Hazırda minimum məbləğdə,yəni 320 manat pensiya təminatı üçün minimum 46080 manat pensiya kapitalı və ya 25 il iş stajı(2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) tələb olunur.Yəni fərdi hesabında minimum 46080 manat pensiya kapitalı olan və minimum pensiya alan vətəndaşın vəsaiti bu il 2580 manat artırılıb 48660 manata,fərdi hesabında 60 min manat olan pensiyaçının vəsiti- 3360 manat artırılaraq 63360 manata çatacaq və sair.
Beləliklə bu il əmək pensiyalarında artım 9 faiz ətrafında, vətəndaşların fərdi hesabında olan pensiya kapitalının artımı isə 5,6 faiz olacaq.Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birlikdə ödəniləcək.
Pensiyaların hər il indeksləşdirilərək artırılması yaxşı haldır.Amma bu,məsələnin bir tərəfidir.Məsələnin ikinci tərəfi isə açıq qalmaqda davam edir.Çünki pensiyalarla yanaşı, qiymətlər də artır.Ona görə də real təsiri olan ciddi antiinflyasiya tədbirləri görülməlidir ki,pensiya artımları inflayasiyanın “yeminə” çevrilməsin,pensiyaçının əvvəlkindən bir qədər əlavə ərzaq,dava-dərman və s. almasını mümkün etməklə, onların həyatına real surətdə bir qədər müsbət təsir göstərə bilsin.
Əli Məsimli, Milli Məclisin deputatı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 29 Yanvar 2026 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see358

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see282

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see267

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see266

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see246

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see243

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see227

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see222

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see218

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see214

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see207

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see203

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see197

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see195

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see194

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see194

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see192

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see184

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri