Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Böyük Britaniyada beynəlxalq müsabiqənin qalibi seçilib AZƏRTAC
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 16 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dünyanın ən böyük mühəndislik institutlarından biri olan Böyük Britaniyanın Mühəndislik və Texnologiya İnstitutunun təşkil etdiyi “Mükəmməllik və innovasiya müsabiqəsi”ndə “Sosial təsir texnologiyaları” kateqoriyası üzrə qalib seçilib.
AZƏRTAC xəbər verir ki, müsabiqəyə nazirliyin rəqəmsal layihələri barədə məlumatlar təqdim edilib. Münsiflər heyəti əhaliyə dövlət sosial xidmətlərinin göstərilməsi sahəsində elektron həllərin tətbiqi ilə bağlı qurumun son illər əldə etdiyi uğurlu təcrübəni yüksək dəyərləndirib.
Müsabiqədə Azərbaycanla yanaşı, Çin, Böyük Britaniya, Türkiyə və digər ölkələrdən texnologiya sahəsində fəaliyyət göstərən 100-ə yaxın dövlət və özəl müəssisələr təmsil olunublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 16 Yanvar 2025 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















