Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 rəqəmsal layihəsi beynəlxalq müsabiqənin qalibi olub AZƏRTAC
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 30 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portal və “Proaktiv xidmət mexanizmi” layihələri ABŞ-də yerləşən “International Data Corporation” (IDC) beynəlxalq qurumunun
müsabiqəsinin qalibləri siyahısında yer alıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, ən uğurlu rəqəmsal təcrübələri tanıtmaq və təbliğ etmək məqsədi daşıyan müsabiqəyə ABŞ, İspaniya, Türkiyə, Misir, Böyük Britaniya, Finlandiya, BƏƏ, Küveyt də daxil olmaqla, bir çox ölkələrdən 900-dən çox layihə təqdim edilib. Onlardan 32-i qaliblər siyahısında yer alıb.
Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) isə ABŞ-də keçirilən “XII illik beynəlxalq 2024 Globee Liderlik Müsabiqəsi”ndə növbəti uğurunu qazanıb. DOST RİM müsabiqənin “İlin Rəqəmsal Transformasiya Liderliyi” kateqoriyası üzrə qızıl mükafatına layiq görülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 30 Dekabr 2024 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















