Icma.az
close
up
RU
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti 33 cü Avropa Sosial Konfransında iştirak edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti 33 cü Avropa Sosial Konfransında iştirak edir

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi və Sosial Xidmətlər Agentliyinin nümayəndələrindən ibarət heyət Avropa Sosial Şəbəkəsinin 33-cü Avropa Sosial Konfransında iştirak edir.

Danimarkanın Orhus şəhərində keçirilən tədbir “Qayğı texnologiyanı tamamlayanda” mövzusuna həsr olunub.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov və Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov konfrans çərçivəsində Avropa Sosial Şəbəkəsinin sədri Kristian Fillet, habelə bir sıra ölkələrin sosial müdafiə qurumlarının rəhbər şəxsləri ilə görüşlər keçiriblər.

Görüşlər zamanı Azərbaycanda son illər aparılan sosial islahatların uğurları, DOST konsepsiyasının üstünlükləri, Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri, həssas qruplara göstərilən sosial xidmətlərə dair məlumat verilib. Bu sahələrdə gələcək əməkdaşlığa dair fikir mübadilələri aparılıb.

Konfransda Fərid Məmmədov DOST Agentliyinin ümumi təcrübəsi ilə yanaşı, “DOST Tələbə Akselerasiya Proqramı: əlilliyi olan tələbələrin sosial-iqtisadi inkişafına dəstək” mövzusunda çıxış edib.

Qeyd olunub ki, əlilliyi olan gənclərin məşğulluq bacarıqlarının artırılması, müvafiq təcrübə imkanlarının yaradılmasına xidmət edən Proqramda əlilliyi olan 70-dən artıq gənc iştirak edib və məmnunluq dərəcəsi 100 faiz olub. Proqramın daimi tətbiqi, tələbə və işəgötürənlər arasında daha səmərəli əlaqənin təmin edilməsi üçün rəqəmsal platformanın qurulması nəzərdə tutulur.

33-cü Avropa Sosial Xidmətlər Konfransı sosial xidmətlərin transformasiyasında  rəqəmsallaşma ilə yanaşı, fərdi inkişaf və sosial əlaqələrin dəstəklənməsi, təcrübə mübadiləsi və transformasiya üzrə yeni ideyaların formalaşmasına həsr olunub. Avropa Sosial Şəbəkəsinin iştirakçı sayı 1000-ə yaxınlaşan əsas illik tədbiri olan Konfrans sosial xidmət sahəsində yenilikləri bölüşmək imkanı verir.

Qeyd edək ki,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi 2021-ci ildən, Sosial Xidmətlər Agentliyi və Dövlət Məşğulluq Agentliyi 2023-cü ildən Avropa Sosial Şəbəkəsinin üzvüdürlər.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov 2021-ci ilin mart ayında səsvermə hüququ ilə Avropa Sosial Şəbəkəsinin Şura üzvü, 2023-cü ilin dekabr ayında isə 3 il müddətinə bu qurumun Himayədarlar Şurasının üzvü seçilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 İyun 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see147

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see144

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see137

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri