Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib

Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Noyabrın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib.
Newscenter.az xəbər verir ki, komitənin sədri Musa Quliyev iclasda 2026-cı ilin büdcə zərfinə daxil olan 5 məsələnin – “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında”, habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Gömrük tarifi haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinin ikinci oxunuşda müzakirəyə çıxarıldığını deyib və həmin sənədləri təqdim edib.
Komitə sədri 2026-ci ilin dövlət büdcəsinin sosialyönümlü olduğunu, büdcə zərfinə daxil olan Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcələrinin pozitiv formalaşdığını və hər iki büdcədə artımların nəzərdə tutulduğunu deyib.
O, DSMF-nin gəlirlərində 9,3 faiz, xərclərində isə 10,5 faiz artımın proqnozlaşdırıldığını qeyd edib. Fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,6%-nin əhaliyə ödənişlərin təşkil edəcəyini, əmək pensiyalarının orta məbləğinin 590 manata, yaşa görə pensiyanın orta aylıq məbləğinin 629 manata çatdırılacağını bildirib.
Musa Quliyev İşsizlikdən Sığorta Fondunun 2026-cı il üçün gəlir və xərclərinin 266,4 milyon manat nəzərdə tutulduğunu diqqətə çatdırıb. Fondun xərclərinin 13 istiqaməti əhatə edəcəyini deyib. Bunların arasında 3 mühüm istiqamət – işsizliyə görə sığorta ödənişləri, özünüməşğulluq tədbirlərinin həyata keçirilməsinin maliyyələşdirilməsi, peşə hazırlığı və peşəyönümlü tədbirlərin keçirilməsi üçün müvafiq vəsaitin yönələcəyini söyləyib.
Komitə sədri, habelə 2026-cı il üçün nəzərdə tutulan yaşayış minimumu və ehtiyac meyarı barədə məlumat verib. Növbəti il üçün yaşayış minimumunun ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddinin 300 manat məbləğində müəyyən edildiyini deyib.
Gündəliyin sonuncu məsələsini təqdim edən Musa Quliyev qanun layihəsində komitəyə aid olan “Sosial sığorta haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlara təklif olunan dəyişikliklərdən söhbət açıb. O, bu dəyişikliklərin vergi və sosial sığorta təminatında güzəştli diferensial yanaşmanın tətbiqi ilə bağlı olduğunu bildirib.
Sonra iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çıxış edərək gündəlikdəki məsələlər barədə fikirlərini açıqlayıb. O, Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 8 milyard 322 milyon manat, xərclərinin 8 milyard 483 milyon manat proqnozlaşdırıldığını, İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 238,3 milyon manat, xərclərinin 266,4 milyon manat nəzərdə tutulduğunu söyləyib. Əhalinin sosial müdafiəsinin təmin edilməsi, aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün kifayət qədər vəsaitin ayrıldığını bildirib.
Nazir, habelə hər iki fondun büdcələrinin birinci oxunuşda komitə və plenar iclaslarda müzakirələri zamanı deputatların səsləndirdiyi fikirlərə münasibət bildirib, qaldırılan məsələlərə aydınlıq gətirib.
İclasda maliyyə nazirinin müavini Himalay Məmişov Vergi Məcəlləsinə edilən dəyişikliklərin mahiyyətini açıqlayıb, bu məsələ ilə bağlı səsləndirilən sualları cavablandırıb.
Tədbirdə iştirak edən İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta haqlarının uçotu şöbəsinin müdiri Səməd Səmədov təqdim olunan məsələlərə dair təmsil etdiyi qurumun mövqeyini nəzərə çatdırıb.
Müzakirələr zamanı çıxış edən deputatlar Rəşad Mahmudov, Soltan Məmmədov, Elçin Mirzəbəyli, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev məsələlər barədə öz fikirlərini bölüşüblər.
Müzakirələrin yekununda qanun layihələrinin hamısı ikinci oxunuşda Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.
Onlayn iclasda parlamentin komitə sədrləri Zahid Oruc, Fazil Mustafa, Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev, üzvləri Vüqar Bayramov, Bədəl Bədəlov, Jalə Əliyeva, Əziz Ələkbərov, Sevinc Hüseynova, Göydəniz Qəhrəmanov, Səttar Möhbalıyev, Nigar Məmmədova, Ziyad Səmədzadə, digər komitələrdən Bəhruz Məhərrəmov, Ceyhun Məmmədov, habelə aidiyyəti dövlət qurumlarının nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 29 Noyabr 2025 08:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see269

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see247

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see247

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see237

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see212

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see182

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see179

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see172

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see165

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see158

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see158

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see157

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see150

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see150

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see149

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see138

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see136

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see135

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri