Əməkdar artist: “Əgər kimsə bu sözlərimi qəbul etmirsə...”
Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.
Əməkdar artist Elnarə Abdullayevanın ailə-məişət mövzularında fikirləri birmənalı qarşılanmayıb.
Adalet.az bildirir ki, E.Abdullayevanın sosial şəbəkədə ona pis rəylər yazanlara səslənib. Televiziya proqramlarının birində məsələyə aydınlıq gətirən E.Abdullayeva bildirib ki, o, heç bir pis ifadə işlətməyib:
“Mən demişəm ki, gəlin əgər qaynana ilə yola getmirsə, həmin evdən gəlin getməlidir. Çünki o evə sonradan gələn adam gəlindir. Qaynana o evi tikib-qurub yaradandır. Niyə illərlə zəhmət çəkdiyi evdən getsin?
Əgər gəlinlə qaynana bir- birlərini anlamırlarsa, gəlin həyat yoldaşı ilə ayrı evə köçməlidir. Mən gənclərimizə boşanın demirəm ki, pis yola çəkmirəm ki. Çıxış yolu göstərirəm də.
Əgər kimsə bu sözlərimi qəbul etmirsə, elə həmin adamlar öz böyüklərinə hörmət etmirlər. Əminəm ki, evində tərbiyə görənlər bu sözlərə pis reaksiya verməzlər”.
Əntiqə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 24 Sentyabr 2026 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















