Əməkdar artistdən sərt tənqid: Soyunmaqla məşhurlaşmaq moda olub
Icma.az bildirir, Milli.az portalına istinadən.
Əməkdar artist Gövhər Rzayeva sosial mediada yayımlanan bəzi görüntüləri və televiziya verilişlərində efirə çıxarılan simaları kəskin tənqid edib.
Milli.Az xəbər verir ki, tanınmış qarmon ifaçısı "Rəngarəng" proqramında TikTok platformasında paylaşılan yemək videolarından narahatlığını ifadə edib:
"Bəzi insanlar sosial şəbəkədə yemək yeyərkən çəkilib paylaşırlar. Bunu niyə göstərirsiniz? Kiminsə imkanı yoxdur, o baxıb arzulaya bilər. Bu, xoş olmayan haldır."
Gövhər Rzayeva, həmçinin televiziya kanallarının səviyyəsiz musiqi ifaçılarına yer verməsini də tənqid edib. Aparıcı Zaur Nəbiyevə müraciət edərək bu sözləri deyib:
"Televiziyada sənəti olmayan insanlara yer verirsiniz. Onları siz tanıtdırırsınız. İndi soyunmaqla gündəmə gəlmək moda halını alıb."
Əməkdar artistin bu fikirləri sosial mediada rezonans doğurub və sənətə olan yanaşmanın dəyişməsinə dair ciddi müzakirələrə səbəb olub.
Kənan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 05 Oktyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















