Icma.az
close
up
RU
Əməkdar jurnalist Bahəddin Həzinin 60 illik yubileyi qeyd edilib

Əməkdar jurnalist Bahəddin Həzinin 60 illik yubileyi qeyd edilib

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Mətbuat Şurasında əməkdar jurnalist, “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həzinin 60 illik yubileyi ilə bağlı toplantı keçirilib.

Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid yubilyarın həyat və yaradıcılıq yolu barədə məlumat verib. R.Məcid B.Həzini peşəkar qələmə sahibi, prinsipial mövqeyi ilə seçilən, jurnalistikanın maraq və mənafeyini qoruyan həmkar kimi dəyərləndirib, ona rəhbərlik etdiyi qurumun diplomunu təqdim edib.

Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, B.Həzi jurnalist olmaqla yanaşı, eyni zamanda, peşəyə publisistik çalarlar gətirmənin nümunəsidir və bu cəhət yubilyarı həm də ziyalı kimi dəyərləndirməyə imkan verir.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı baş redaktoru səmimi keyfiyyətləri ilə seçilən həmkar olaraq xarakterizə edib və bildirib ki, bu cəhət onun yaradıcılığına da təsirini göstərib.

MŞ İdarə Heyətinin üzvü, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu yubilyarın yazıb yaratmasının bütövlükdə ictimai mühit üçün vacibliyini əsaslandırıb.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev B.Həzini istedadın və təvazökarlığın nümunəsi adlandırıb. O, həmçinin jurnalistin ilk məqalələrinin çap olunduğu “Xazar” jurnalını tədbir iştirakçılarına təqdim edib.

MŞ İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli yubilyarın çətin günün dostu olduğunu vurğulayıb.

Toplantıda çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvləri – “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Milli Məclisin deputatı Aqil Abbas, şair və tərcüməçi Zakir Fəxri, şair-publisist Vaqif Bəhmənli, yazıçı Seyran Səxavət, tanınmış jurnalist Afaq Vasifqızı, jurnalist və nasir Fəxri Uğurlu, veteran jurnalist Əlövsət Ağalarov, jurnalist Hikmət Sabiroğlu, teleaparıcı Rövşənə Ağasəfqızı, yazıçı Şərif Ağayar, sənətşünas Zülfiyyə Eldarqızı, “Gununsesi.info” saytının baş redaktoru Pərviz Həşimli, vəkil Vüqar Kazımov, yazıçı və ədəbiyyatşünas Vaqif Sultanlı, “Mədəniyyət” qəzetinin baş redaktoru Vüqar Orxan, həmçinin yubilyarın qardaşı, jurnalist Qadir Həzi və başqaları B.Həzi haqqında dəyərli fikirlərini və xatirələrini bölüşüblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 Aprel 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri