Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

MÜHÜRİBƏLƏRİN MÜHASİRƏSİNDƏ... Bahəddin Həzinin YAZISI

MÜHÜRİBƏLƏRİN MÜHASİRƏSİNDƏ... Bahəddin Həzinin YAZISI

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Atəşkəs - ölən sülhün xatirəsini "bir dəqiqəlik sükutla" yad eləməkdir"

Bahəddin Həzi, publusist, yazıçı

Argentinalı Dünya yazıçısı Xorxe Luis Borxes kimi mahir söz ustası belə yazdıqları ilə deyil, oxuduqları ilə qürur duyurdu. O deyirdi: "Bəziləri yazdıqları kitablarla öyünür, mən isə oxuduqlarımla".

Əslində onun yazdıqları da oxuduqları kimi öyünüləcək şedevrlərdir. Öz yaratdıqları da, başqalarının yaradıqları da qürur qaynağıdır.

Ancaq çox qəribə dövrdə yaşayırıq: ətrafımızda müharibələr tam sürətlə "böyüyür". Dünənki "lokal körpə" toqquşmalar bu gün "regional dəliQANLI" cavandır, üzü "dağıdıcı qlobal ahıllığa" - ümumbəşəri ağılsızlığa tərəfdir. Dünya müharibəsi təhlükəsini "qapıdan qovursan, pəncərədən soxulur".

Biz də odlu bir halənin içində qalmışıq. Şimaldan və cənubdan müharibələrin "mühasirə"sinə düşmüşük. Dövlətlər bir-birinin başına dağıdıcı raketlər, partlayıcı maddə yüklü dronlar, çoxtonluq bombalar yağdırır. Yazdıqları ilə dünyanı qürurlandıran Borxes özü, bəli, oxuduqları ilə qürurlanırdı. Bir də qlobal səhnənin "aktyorları"na - geosiyasi aktorlara baxın: qurub yaratdıqları ilə deyil, vurub dağıtdıqları ilə fəxr edirlər. Qonşu ölkə nüvə dövləti olana qədər dövlətçiliyinin nüvəsi dağılıb gedir sanki. Özü ekzistensional təhlükə mənbəyi olanlar eyni təhlükə ilə üzləşiblər. Ən pisi odur ki, bəzi rejimlər başqalarından daha çox öz xalqı üçün təhlükədir artıq.

Daha çox ev yıxmaqla, daha çox adam öldürməklə, daha çox şəhər dağıtmaqla qürur duyan "lider"lər cavan oğulların qanı və dərdli anaların göz yaşı ilə meydan sulayır.

Bax, belə bir Dünyada yaşayırıq. Beləcə, bu "meydan"ın tən ortasında dayanıb, başına yağacaq fəlakətlərin yolunu gözləyir hər kəs.

Gör, dünyanın və zamanın harasıdır ki, biz azzamanlı atəşkəslərə sevinirik, döyüşlərarası qısa fasilələrlə ovunuruq. Yaxın Şərqdə "realiti cəhənnəm" kiçik pauza verəcəkmiş! Nə böyük bəxtəvərlik!

Qısa, ya uzun - fərqi yoxdur, atəşkəs müharibəsizlik deyil, bir az ara verməkdir, nəfəs dərib, sonra təzədən qaldığın yerdən ölüb-öldürməyə davam etməkdir.

Atəşkəs - ölən sülhün xatirəsini "bir dəqiqəlik sükutla" yad eləməkdir. Atəşkəs ardı-arası kəsilməyən ölümcül oyunların əliqanlı oyunçularına hərdən sayğı duruşuna keçməkdir.

Atəşkəs özlüyündə sanki yaxşı bir şeydir, amma və lakin...

Həqiqi və səmimi sülh əldə edə bilməyəcək adamların daha çox öldürmək üçün azca dayanıb nəfəslənməsidir atəşkəs. Axı bu dünyaya atəşkəs yox, atəşsizlik gərəkdir. Fasiləli savaş yox, fasiləsiz barış lazımdır insanlığa. Nüvə alimləri atomu ilk dəfə parçalayanda, görəsən, Planetdə həyatın nüvəsini parçalayıb dağıdacaq gücün əsasını qoyduqlarını bilirdilərmi?!

...Yer üzündə yüksək sivilizasiya qurduğumuzla qürur duyuruq, amma bəşəriyyət olaraq o sivilizasiyanın da axırına özümüz çıxırıq. Bunun da günahkarları dünyada söz yiyəsi olanlardır. Daha əvvəl yazmışdım: "Dünyada söz yiyəsi olanlar - sözünün yiyəsi deyillər".

Bax, bizim başımızı zaman-zaman atəşkəslə aldadıb, özləri atəşlə oynayırlar. Arabir döyüşü dayandırıb, ardınca daha çox döyüşürlər. Dünyada həyatın qiymətini qaldırıb, ölümü ucuzlaşdırır bu Dünya liderləri. Ona görə də məni qınamayın, belə atəşkəslərdən heç gözüm su içmir. Hətta el arasında deyildiyi kimi, gözümün içi ağrıyır. Bir sözlə, təcavüzkar, dağıdıcı müharibələrdə "nahar fasiləsi" rolunu oynayan atəşkəsdən lap zəhləm gedir...

Hə, Otto fon Bismarkın: "Siyasət - mümkün olanı əldə etmək sənətidir" kəlamını əldə bayraq edib üstümə gələrsiniz, atəşkəsə də şükr deyərsiniz. Əslində mən artıq heç bu fikirlə də razı deyiləm. Siyasətə axı biz nə vaxtacan mümkün olanı əldə etmək sənəti kimi baxacağıq?!

Bəs nə zaman siyasət, sadəcə, mümkün olanı deyil, düzgün olanı əldə etmək sənətinə çevriləcək?!

Dünya idarəçiliyinin əsasında hətta heç siyasət də deyil, cinayət dayananda səhnəyə muzdlu qatillər çıxır. Bu günlərdə qaladıqları qəddar ocağın işığı düşdü, daha aydın göründü o qatillər.

Budurmu, yeganə mümkün olan?! Müharibə?! Nə zamana qədər siyasət başımıza od yağdırıb, gözümüzə kül üfürəcək?! Haçanacan canımıza od vurub, öz ətimizdən özümüzə kabab çəkəcəklər?! Axı bu, belə hara qədər?!

Bəlkə əsl sual budur?!

Avropa, Turgenyevin dediyi kimi, Hamlet və Don Kixot obrazları arasında istədiyi qədər "var-gəl" etsin. Ancaq "olum, ya ölüm" Qərbdə (elə Şərqdə də) yeganə sual deyil: Dünya siyasəti "ölüm, ya öldürüm" dilemmasına dirənib.

Böyük siyasət budursa, bəs onda kiçiyi hansıdır?!

Ətrafa geniş pəncərədən baxanda görürsən ki, heç bu Dünya siyasətlə də idarə olunmurmuş!

Bilirsiniz, Dünya idarəçiliyinin əsasında bəlağət dayananda natiqlər, cəhalət dayananda qafillər, həqiqət dayananda aqillər, ədalət dayananda adillər, ticarət dayananda tacirlər səhnəyə çıxmışdı. Hələ bir yerdə ki idarəçiliyin xəmiri cinayətdən yoğrula, orda, əlbəttə, qatillər at səyridəcək. Üstəlik bu xəmirin mayasına cəhalətin zalım zülməti və vəhşi ticarətin ifrat praqmatizmi qarışıbsa, betərin betəri gəlib özünü yetirir.

Həmişə deyirik ha: "Allah betərindən saxlasın". Yox, Allahın deyil, Allahsızın işidir bu. Dünya od içindədir. Yer kürəsi özü boyda alov topuna dönüb, sonun başlanğıcına doğru fırlanır. Öz oxundan "çıxıb", özgənin atdığı alovlu ox ətrafında fırlanır sanki. Bu gün ətrafımızı sarmış müharibələr bu sonluğa çatmamış dayanmasa, sonra dayandırmaq daha çətin olacaq. Bu müharibələrdə təkcə insanlar deyil, insanlıq ölür. Həm də hələ(lik) salamat qalmış insanların gözləri önündə ölür insanlıq.

Amerikanın 35-ci prezidenti Con Kennedi düz deyirmiş: "Ya bəşəriyyət müharibələrin axırına çıxacaq, ya da müharibələr bəşəriyyətin".

Yeri gəlmişkən, məndən soruşurlar: "Bunun axırı necə olacaq?"

Cavab: "Belə getsə, deyəsən, axırıdır..."

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:287
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 İyun 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri