Əməkdar məşqçi Əlizadə Əsədov vəfat etdi
Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
SSRİ idman ustası, Əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim, Fəxri bədən tərbiyəsi və idman işçisi Əlizadə Əsədov vəfat edib.
Metbuat.az-ın məlumatına görə, 71 yaşlı Ə.Əsədov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Mərhum sabah Lənkəran rayonunun Liman şəhərində dəfn olunacaq.
Qeyd edək ki, Əlizadə Əsədov Cənub bölgəsində boksun inkişafına mühüm töhfələr verib. O, Liman şəhərində öz evinin zirzəmisində yaratdığı boks məktəbində yüzlərlə gəncin yetişməsinə şərait yaradıb. Həmin məktəbdən çıxan idmançılar sonradan Azərbaycan, SSRİ və dünya səviyyəsində uğurlara imza ataraq çempion adını qazanıblar.
Nazim Hüseynzadə / Metbuat.az
Bu mövzuda digər xəbərlər:Əməkdar məşqçi vəfat etdi
05 Noyabr 2024 22:51
Əməkdar məşqçi vəfat etdi FOTO
06 Noyabr 2024 10:24
Baxış sayı:77
Bu xəbər 27 İyun 2026 22:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















