Icma.az
close
up
RU
Əməkdaşlığın genişləndirilməsinə tərəfdarıq

Əməkdaşlığın genişləndirilməsinə tərəfdarıq

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır. Dövlətimiz Avratlantik məkana inteqrasiya və Avropa İttifaqı ilə sıx əməkdaşlıq prosesində Almaniyanın ilə əlaqələrə xüsusi önəm verir. Almaniya dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan ölkə olmaqla Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə tərəfdardır. Almaniya Prezidenti Frank Valter Ştaynmayerin ölkəmizə rəsmi səfəri də bu baxımdan xüsusi vurğulanmalıdır”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, qloballaşan dünyanın mühüm siyasi mərkəzlərindən biri olan Almaniya əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lider dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə, respublikamızın avrostrukturlara daha dinamik inteqrasiyasına ciddi maraq göstərir. Eyni zamanda, bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu təqdir edir. Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir.
Millət vəkilinin sözlərinə görə, səfər çərçivəsində Prezidentlər İlham Əliyev və Frank-Valter Ştaynmayer mətbuata bəyanatlarında, eləcə də jurnalistlərin suallarını çavablandırarkən ikitərəfli münasibətlərin aktual məsələlərinə, xüsusilə də Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında gedən sülhyaratma prosesinə diqqət çəkiblər və mühüm mesajlar veriblər. Mətbuata bəyanatında Almaniya Prezidentinin Azərbaycana bu səfərinin çox müsbət nəticələrinin olacağından əminliyini vurğulayan dövlətimizin başçısı deyib: “İkitərəfli münasibətlər tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir və əminəm ki, səfərin yekunları ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir”. Azərbaycan və Almaniya arasında davamlı siyasi dialoq mövcuddur. Dövlət başçıları müxtəlif platformalarda vaxtaşırı görüşürlər. İndiyədək Azərbaycan Prezidentinin Almaniyaya 17 rəsmi və işgüzar səfəri baş tutub. Digər səviyyələrdə də sıx təmaslar qurulub. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, müstəqillik illərində Azərbaycanın xarici işlər naziri Almaniyaya 14 rəsmi və işgüzar səfər həyata keçirib. Almaniyanın xarici işlər naziri isə respublikamızda 8 rəsmi və işgüzar səfərdə olub. Parlamentlərarası əlaqələr də uğurla inkişaf edir. İndiyədək iki ölkə arasında 77 sənəd imzalanıb. Mətbuata verdiyi bəyanatında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev “Mən şadam ki, bizim aramızda siyasi dialoq müntəzəm olaraq aparılır. Keçən ilin aprel ayında mən Berlində səfərdə olarkən Sizinlə görüşmüşdüm və şadam ki, mənim dəvətimi qəbul edib Siz Azərbaycana rəsmi səfərə gəlmisiniz”, - deyə vurğulayıb.
Pərvin Kərimzadə qeyd edib ki, , səfər çərçivəsində Prezident İlham Əliyev həm mətbuata bəyanatında, həm də jurnalistlərin suallarını cavablandırarkən Azərbaycanla Ermənistan arasında gedən sülhyaratma prosesi barədə ətraflı məlumat verib və ölkəmizin prinsipial mövqeyini, sülhə sadiqliyini bir daha nəzərə çatdırıb. Bu gün Ermənistan tərəfindən verilən bəyanatlar, səsləndirlən absurd iddialar sülh prosesi ilə bağlı beynəlxalq ictimaiyyətdə yanlış təsəvvürlər formalaşdırmağa xidmət edir. Ermənistanın baş naziri Nikol Paşinyan müxtəlif auditoriyalar qarşısındakı çıxışlarında “sülh sazişini imzalamağa” hazırıq deməklə özündən “sülh göyərçini” obrazı yaratmağa çalışır. Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” deyən məhz o idi. Hazırda isə Ermənistan hakimiyyəti sülhə təhdid siyasətini başqa bir formada davam etdirir. Sülhdən danışan bir ölkənin sürətlə silahlanması, regiondan kənar qüvvələri sərhədlərə cəlb etməsi bunun göstəricisidir. Cənab Prezident qeyd edib ki, Ermənistan həqiqətən sülh sazişini imzalamaq istəyirsə, Azərbaycanın legitim şərtlərini yerinə yetirməlidir. Öz növbəsində, Almaniya Prezidentinin ölkəsinin Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını bəyan etməsi də Ermənistan üçün bir dərs oldu.
“Bütövlükdə, Almaniya Prezidentinin səfəri zamanı keçirilən görüşlər, aparılan müzakirələr Azərbaycanla Almaniya arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, qarşılıqlı əlaqələrin davamlı olaraq inkişaf edəcəyini deməyə əsas verir”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Aprel 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see841

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see556

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see318

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see301

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see287

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see284

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see282

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see272

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see236

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see210

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see196

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see189

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see189

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see187

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see186

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see182

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see182

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see175

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri