İsveçrənin aparıcı əczaçılıq şirkəti Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə maraq göstərir
Icma.az bildirir, Sia Az portalına istinadən.
Səhiyyə Nazirliyində İsveçrənin aparıcı əczaçılıq şirkəti olan “Novartis Pharma Services AG”nin Mərkəzi Avropa Regionunun (ECC) inkişaf etməkdə olan ölkələr üzrə prezidenti vəzifəsini müvəqqəti icra edən Almaz Miftaxovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, nazir Teymur Musayev görüşdə ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq üçün imkanların olduğunu qeyd edib. Əczaçılıq sənayesinin müasir səhiyyənin ən mühüm istiqamətlərindən biri olduğunu vurğulayan T.Musayev bu sahədə də əlaqələrin inkişafı üçün potensialın mövcudluğunu diqqətə çatdırıb.
Səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib.
Öz növbəsində Almaz Miftaxov şirkətin Azərbaycanın Səhiyyə Nazirliyi ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 27 Fevral 2025 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















