Paşinyan: Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik
Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
Ermənistan Avropa ittifaqı (Aİ) ilə əməkdaşlığın dərinləşdirilməsinə və genişləndirilməsinə sadiqdir.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu Siyasəti üzrə Baş Direktorluğunun rəhbəri Gert Yan Koopmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı bildirib.
Tərəflər Ermənistan-Aİ münasibətlərinin cari mərhələsini, o cümlədən hərtərəfli tərəfdaşlıq sazişinin həyata keçirilməsini, iqtisadi və sahəvi əməkdaşlığı, rəqəmsallaşma, yaşıl enerji, təhsil, infrastrukturun inkişafı və demokratik islahatlarla bağlı işləri müzakirə ediblər.
Bundan başqa, Ermənistan və Azərbaycan arasında normallaşma prosesi də müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 13 May 2025 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















