Icma.az
close
up
RU
“Əməkhaqqı əvvəlki rolunu itirə bilər”

“Əməkhaqqı əvvəlki rolunu itirə bilər”

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nobel mükafatı laureatı Daron Acemoğlu Elon Maskın “2036-cı ildə pulun əhəmiyyəti qalmayacaq” fikrinə sərt reaksiya verib.

Acemoğlu bildirib ki, əgər süni intellekt və robot texnologiyaları həqiqətən bolluq iqtisadiyyatı yaradacaqsa, Mask öz sərvətini 2036-cı ilə qədər müstəqil xeyriyyə fondlarına bağışlamağı öhdəsinə götürməlidir. O vurğulayıb ki, əsas məsələ təkcə istehsalın artması deyil, texnologiyanın yaratdığı sərvətin cəmiyyət daxilində necə bölüşdürülməsidir. Bu polemika süni intellektin gələcəkdə bərabər rifah yaradıb-yaratmayacağı ilə bağlı qlobal müzakirələri yenidən gündəmə gətirib.

Əgər süni intellekt gələcəkdə insan ehtiyaclarını demək olar ki, tam qarşılayacaq səviyyədə istehsal gücü yaratsa, həmin bolluq şəraitində sərvətin və hakimiyyətin kimlərin əlində cəmləşəcəyinə kim və hansı mexanizmlərlə nəzarət edəcək?

İqtisadçı Əli Səlimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son dövrlər süni intellektin iqtisadiyyata təsiri ilə bağlı müzakirələr daha çox texnologiyanın imkanları üzərində cəmləşsə də, əsl sual onun nə qədər istehsal edəcəyi deyil, yaratdığı dəyərin necə bölüşdürüləcəyidir.

“Nobel mükafatı laureatı Daron Acemoğlu ilə texnologiya sahibkarı Elon Mask arasında yaranan polemika da məhz bu fundamental məsələyə diqqət çəkir. Əgər süni intellekt gələcəkdə insan ehtiyaclarını minimum xərc hesabına qarşılaya biləcək qədər məhsuldarlıq yaradacaqsa, bu, avtomatik olaraq hamının rifahının artacağı anlamına gəlmir”, – deyə o bildirib.

Tarix göstərir ki, texnoloji inqilablar istehsalın həcmini artırsa da, onların sosial nəticələri iqtisadi institutlardan və dövlət siyasətindən asılı olub. Sənaye inqilabı məhsuldarlığı dəfələrlə yüksəltdi, lakin əmək hüquqları, sosial təminat və rəqabət qanunvericiliyi formalaşana qədər əldə olunan gəlirin böyük hissəsi məhdud sahibkar qruplarının əlində cəmləşmişdi. Süni intellekt də oxşar ssenarini daha sürətli şəkildə təkrarlaya bilər.

“Bu gün artıq süni intellekt sistemlərinin hazırlanması üçün tələb olunan hesablama infrastrukturu, məlumat bazaları və yüksək məhsuldarlıqlı çiplər əsasən az sayda qlobal texnologiya şirkətlərinin nəzarətindədir. Nəticədə gələcəyin əsas istehsal vasitələri də məhz həmin şirkətlərin əlində cəmləşə bilər. Belə olan halda, istehsal xərcləri azalsa və iqtisadiyyat daha çox məhsul istehsal etsə belə, bu sərvətin cəmiyyətə bərabər paylanacağına dair heç bir iqtisadi zəmanət yoxdur”, – deyə o bildirib.

İqtisadçı hesab edir ki, daha ciddi suallardan biri də əmək bazarının gələcəyidir. Əgər süni intellekt və robot texnologiyaları yalnız fiziki deyil, intellektual əməyin də əhəmiyyətli hissəsini əvəz edərsə, gəlirlərin ənənəvi mənbəyi olan əməkhaqqı əvvəlki rolunu itirə bilər. Mövcud iqtisadi sistem isə məhz insanların işləməsi və əldə etdikləri gəlir üzərində qurulub. İş yerlərinin azalması baş verdikdə isə istehlakın necə qorunacağı, sosial təminatın hansı mənbələr hesabına maliyyələşəcəyi və vergi sisteminin necə dəyişəcəyi gələcəyin əsas iqtisadi çağırışları olacaq.

“Bu şəraitdə tez-tez universal baza gəliri modeli müzakirə edilir. Lakin bu yanaşma da bütün problemləri həll etmir. İnsanların yalnız dövlət transferlərindən asılı vəziyyətə düşməsi uzunmüddətli perspektivdə iqtisadi fəallığı zəiflədə, sosial motivasiyanı dəyişdirə və siyasi asılılıq risklərini artıra bilər. Digər tərəfdən, texnologiyanın yaratdığı yüksək gəlirlərin cəmiyyətlə bölüşdürülməməsi gəlir bərabərsizliyini daha da dərinləşdirə və sosial gərginliyi artıra bilər”, – deyə o bildirib.

Əli Səlimov hesab edir ki, ümumiyyətlə, gələcəyin əsas müzakirəsi süni intellektin insanlardan daha ağıllı olub-olmaması deyil. Əsas məsələ onun yaratdığı iqtisadi dəyərin kimlərin nəzarətində olacağı, bu sərvətin hansı prinsiplərlə bölüşdürüləcəyi və texnoloji inkişafın sosial ədaləti gücləndirən, yoxsa bərabərsizliyi dərinləşdirən amilə çevriləcəyidir.

Süni intellekt bolluq iqtisadiyyatı yarada bilər, lakin həmin bolluğun bütün cəmiyyət üçün rifaha çevrilməsi yalnız düzgün iqtisadi institutlar, şəffaf tənzimləmə və inklüziv siyasət vasitəsilə mümkün olacaq.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 31 İyul 2026 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri